Bazar günü, 2024-12-22, 6:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicab yəni şəxsiyyət
2012-10-31, 6:14 AM
Hicab yəni şəxsiyyət

Bismillahir-rəhmanir-rəhim.
Hicab yəni şəxsiyyət

Hicab geyinməyin vacibliyinin fəlsəfəsinin biridə qadının şəxsiyyətinin qorunmasıdır. Ümumiyyətlə geyim insanın cəmiyyət içində nüfuzunu artırır.

İnsan həmişə istəyir ki, özünü dahada gözəl göstərsin, daha da böyük şəxsiyyətli insan olsun. Ona görədə müxtəlif modalara əl ataraq özünü gözəl göstərmək istəyir. Çünki geyimlə insan cəmiyyətdə daha da hörmətli olur.

Görürsünüzmü dünyanın hər yerində devlət başçıları öz şəxsiyyətlərinə və məqamlarına uyğun paltar geyinirlər. Məgər görmüsünüzmü küçədə köhnə paltarla gəzən insanlara (kasıb və imkansızlara) heç kəs əhəmiyyət vermir?! Həzrəti Əli (ə) öz oğluna vəsiyyətlərinin birində buyurur:

"Oğul çalış bu dünyada kasıb olmayasan çünki kasıbın sözü haqq da olsa onu heç kəs qəbul etməz."

Odur ki, insanın geyimi onun cəmiyyətdə nüfuzdan düşüb düşməməsində çox təsiri vardır.

Bəhlul Danəndədən belə bir hekayət edirlər ki, bir gün öz köhnə paltarı ilə bir məclisə gedir. Lakin onu köhnə paltarda gördükdə heç məclisə buraxmırlar. Bəhlul da qayıdıb təzə paltarını٫ əbasını geyinərək başına əmmamə qoyub yenidən həmən məclisə gəlir. Bu dəfə isə onu məclisin başında əyləşdirıb qabağına ləzzətli yemək gətirirlər. Bəhlul öz əbasının ucundan tutaraq "ye ey əbam ye, bu sənin üçün gəlibdir”-deyə söyləyir. Məclisdəkilər onun işindən təəccüblənərək səbəbini soruşurlar. Bəhlul cavabda deyir ki, mən elə bir az bundan öncə gələn adamam. Köhnə paltarda olduğuma görə heç məclisə buraxmadınız, indi isə bu paltara görə mənə yemək gətirdiniz. Bu yemək paltarıma gəlib mənə yox...

Əziz müsəlman bacılarım! Hicab Allah taalanın insan üçün məsləhət bildiyi bir geyimdir. Atalar məsəli var ki, lalın dilini anası bilər. O çox gözəl bilir ki, qadının şəxsiyyətini nə artırar və nə alçaldar. Bazarda satılan uşaq oyuncaqlarını görürsünüzmü? Necə də satılır٫ alınır və uşaqlar üçün oyuncağa çevrilərək ayaq altda qalır. Uşaqlar oyuncaqlarla oynadıqdan sonra onları uzağa atırlar və uzağa atıldıqdan sonra isə başqaları o oyuncaqlara heç yaxın durmurlar.

Əziz müsəlman bacılarım! Allah taala sizlərə buyurur hicaba riayət edin ki, uşaq oyuncağına çevrilməyəsiniz. Uşaq oyuncağı kimi bir müddətdən sonra uzağa atılmayasınız. Öz şəxsiyyətinizi digərlərinin ayaqlarının altına atmayın. Əgər buna tam əmin olmaq istəyirsinizsə onda imtəhan edin.

Necə?

Belə ki, bir gün hicabsız və gündəlik geyiminizlə alış satış mərkəzinə gedərək almaq məqsədi ilə almaq istədiyiniz şey haqqında satıcıyla söhbət edin və onun hərəkətlərinə baxışlarına fikir verin. Daha o birisi gün isə hicab geyinərək bu işi icra edin. Görün sizə qarşı rəftarlar dəyişirmi? Şübhəsiz dəyişəcək. Artıq əvvəlki baxışlarla sizə baxmayacaqlar. Artıq onların ürəylərindən keçən pis fikirlər yox olacaq.

Nə üçün?

Çünki heç kəs böyük şəxsiyyətin qarşısında nalayiq bir hərəkətə yol verməz. Danışanda ədəb-ərkanla danışar. Ona bir şey verəndə də həmçinin. Ondan nəsə alandada həmçinin. Onu yaxşı qarşılayar.

Əziz müsəlman bacılarım! Hicab sizin şəxsiyyətinizi artıran bir vasitədir. Ona görə sizin də qarşınızda rəftarlar dəyişiləcək٫ sizə hörmət artacaq٫ sizin sözünüz nüfuzlu olacaq və hətta sizinlə məsləhətləşəcəklər.

Elə hesab etməyin ki, hicab geyinsəniz sizi məsxərə edərlər. Çünki digər hicab geyinməyənlərdən də məsxərə olunanları var.

Elə hesab etməyin ki, hicab geyinsəniz kimlərsə sizdən uzaqlaşar. Çünki kimsə sizin geyiminizə görə sizdən uzaqlaşırsa elə uzaqlaşsa yaxşıdır. Ona görə ki, əgər dost -dostun geyiminə görə ondan aralansa o heç dostluqa layiq deyil.

Elə hesab etməyin ki, hicab geyinməklə kimlərsə sizə pis baxacaq. Çünki nə qədərdə pis baxsalar hicabsız halda olan baxışlarından yaxşıdır.

Elə hesab etməyin ki, hicab geyinməklə kimlərsə sizə hörmət etməyəcək. Çünki zərin qədrin zərgər bilər.

Elə hesab etməyin ki, hicab geyinmək indiki zamana uyğun deyil. Çünki Allah taalanın buyurduğu və Peyğəmbər (s)-in göstəriş verdiyi şey və digər bir tərəfdən ağılın bəyəndiyi yaxşı bir iş həmişə yaxşıdır. Zaman onu pis eliyə bilməz. Məsələn sizə bir nəfər yaxşılıq edirsə siz ona təşəkkürünüzü bildirirsiniz. Ola bilməz ki, elə zaman olsun ki, təşəkkürün forması dəyişilərək onun əvəzində yaxşılıq edən kəsi etdiyi yaxşılığa görə vursunlar və o da bunu bir təşəkkür kimi qəbul etsin. Yəni yaxşı işlər həmişə yaxşıdır. Kiminsə fikri yaxud hansı zamanınsa gedişatı onun yaxşılığını əlindən almaz.

Elə hesab etməyin ki, hicab geyinməklə siz gözəl görsənmirsiniz. Çünki insan özünü digərləriylə müqayisədə heç vaxt gözəl görmür. Siz özünüzə öz gözünüz ilə deyil digərlərinin gözü ilə baxın. Məcnuna dedilər ki, əl çək bu Leylidən, axı o çoxda gözəl deyil. O dedi: Siz ona mənim gözümlə baxın.

Elə hesab etməyin ki, hicab geyinmək çətin bir işdir, geyinə bilməzsiniz. Çünki geyinmədiyinizə görə çətin gəlir. Geyinsəz görərsiniz ki, heç də çətin deyilmiş.

Elə deyilmi??!



Səməndər



islammaarifinde.com
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]