Main » Files » Qadın » İslamda qadınlar |
Hicab - istədiyimiz kimi bağlayaq, yoxsa...? (Köşə yazısı)
2013-08-08, 11:48 AM | |
Hicab - istədiyimiz kimi bağlayaq, yoxsa...? (Köşə yazısı) Mehriban və bağışlayan Allahın adı ilə Çoxdandır ki, bir mövzu barədə yazmaq istəyirəm. Əslində yazı yazmaq yox məsələnin həlli yolunu düşünürəm. Lakin bunu tək bacarmayacağımı anlayıb ən azından dərdimi sizinlə bölüşmək istədim. Dərdim 21-ci əsrin hicablı xanımlarıdır. Adətən insanı hicabsız, açıq-saçıq geyinən daha cəlb etməlidir. Halbu ki, yaşadığımız əsrdə bu belə deyil. Bu mövzuda hicablı xanımlar onları ötməyi bacarıblar. Mənə də maraqlı qalan bunun səbəbidir. Yazıda bu suala aydınlıq gətirməyə çalışacam. "Niyə bəzi hicablı xanımlar islamın istədiyi kimi yox, nəfslərinin istədiyi kimi geyinirlər?” İnanın ki, bu sualın cavabını xeyli zamandır ki, düşünürəm ama ağlıma bunlardan başqa bir şey gəlmir: 1.Savadsızlıq və şəriətdən uzaq olmaq: Ağlıma gələn ilk səbəb onların islami şəriətdən uzaq olmaları və şəri məsələlərindən xəbərsiz olmalarıdır. Məncə bizim cəmiyyətimizdəki hicablı xanımların geyiminin islami olmamasının başlıca və yeganə səbəbi də budur. Düzdü onları da anlamaq olar. Ev və iş həyatından dini lazımı qədər öyrənməyə vaxt ayıra bilmirlər. Lakin bütün təqlid mərcelərinində dediyi kimi "İnsanın gündəlik qarşılaşdığı şəriət məsələlərindən agah olması vacibdir.” Odur ki, bu məsələyə biraz da ciddi yanaşmaq və digər ibadətlərə göstərilən diqqət hicaba da göstərilməlidir. 2.İmanın zəifliyi: Bütün vacib və müstəhəb əməlləri insana gözəlləşdirərək sevdirən Allaha iman bəsləməkdir. İmandır ki, yayın istisində orucu insana ləzzətli edir. Əgər biz vaciblərə soyuq yanaşır və ya naqis yerinə yetiririksə, bunun bizim imanımızla birbaşa əlaqəsi var. Məntiqlə desək vacib əməlin edilməməsi və ya naqis edilməsi ya imanın olmaması, ya da zəif olmasıyla əlaqəlidir. 3.Dəb: Dəbə önəm vermək və ya dəbə arada da olsa diqqət vermək bir çox qadınlarda müşahidə edilir. Lakin dəbin təhlükəli nəticələri də olmasının ehtimalı çoxdur. Çünki, bəzən dəb şəhvətlə əlaqəli olur və gizli şəkildə şeytan tərəfindən "mənə baxsınlar” deyə qulağa pıçıldanır. Belə olan halda müsəlman qadın Qərbin ərsəyə gətirdiyi dəbə uyğun olaraq davranır. Şeytan Nuh Peyğəmbərə "Bismillah” kəlməsini deməyini istəsə də Nuh (ə) bundan boyun qaçırmış və belə demişdi: "Sənin Bismillahında da nəsə hiylə yatır”. 4.Təqlid: Birçox "hicablı xanımlar” öz geyimlərini ustadları Xanım Zəhradan deyil televiziya kanallarındakı hicablılardan öyrənirlər. Bu cür təqlid (hansı ki, insanı əbədi xüsrana düçar edir) cahillərin təqlididir. Adətən ağıllı insan özündən üstün olan birinə təqlid edər və özünü ona oxşatmağa çalışaraq müsbət xüsusiyyətlərinə yiyələnər. Halbuki, bizim bəzi müsəlman qadınlarımız qərbin düzəltdiyi seriyallara baxaraq özlərini özlərindən səviyyə və iman dərəcədə aşağı olan kəslərə bənzədirlər. 5.Evdə qalmaq qorxusu: Bəzi qızlar adətən ərə getdikdən sonra əsl həyatlarının başlanmasını düşünürlər və bir halda yanılmırlar. Lakin şeytan burada da onlara vəsvəsə edir və onları evdə qalmaq qorxusu çox narahat edir. Bu səbəbdən özlərini əks cinsə daha gözəl göstərməyə çalışırlar. Onlar özlərini naməhrəmin zəhərli baxışlarından qorumaq əvəzinə, daha da cazibədar paltarlardan istifadə edir, bəzən də dar geyinərək bol makiyajla əks cinsin nəzərini özlərinə cəlb edərək ailə həyatı qurmaq xəyalı qururlar. Lakin hər kəs bilməlidir ki, Allah insana İslam istəyən xoşbəxtliyi yalnız, şəriətə əməl edəndən sonra nəsib edər. Reallıq budur ki, islamın hicabı qadının zinətini gizlətmək üçün vacib etməsinə baxmayaraq bəzi qadınlar hicabın özünü belə zinətə çevirməyi bacarıblar. Bunun zərəri fərdə deyil, cəmiyyətə dəydiyindən günahı da bir o qədər ağırdır. Bu baxımdan səbəb nə olursa olsun bu məsələ həllini tapmalıdır. Mən əminəm ki, bəzi Azərbaycan xanımları geyimində naqislik olmasının səbəbi məhz qeyd etdiyimiz 1-inci səbəbdir. Buna görə də, xanımlar, qızlar, qadınlar dini olduğu kimi öyrənməli və şeytanın "bər-bəzəkli islam”-ından uzaq durmalıdırlar. Həmçinin hər kəs yaddaşına həkk etməlidir ki, hicab uğrunda yüzlərlə mömin həbsdə, hətta bu yolda həyatını qurban verərək ali məqama çatanlarda var. Bu hicab həddən artıq təzyiqlərə sinə gərərək bu günə çıxıb. Bu gün bizim hicabı bu hala salmağımız İslama və bu yolda əziyyət çəkənlərə, şəhadətə yetişənlərə, zindanlara düşənlərə, sürgün edilənlərə xəyanətdir. Məsumə Əlizadə islamazeri.az | |
Views: 1093 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0 |
Total comments: 1 | ||||||
|