Şənbə günü, 2024-04-20, 8:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
2012-10-31, 6:16 AM
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir

Nəzərə almalıyıq ki, baş örtüyü bizim milli-mənəvi dəyərimizdir və mədəniyyətimizin bir hissəsidir, başqa bir mədəniyyətin göstəricisi deyil. Necə ki, muğam bizim xalqın əvəzedilməz sərvətidir və zamanla köhnələ bilməz, baş örtüyü də hörmətə layiq və hifz olunmağı vacib olan dəyərlərimizdəndir. Digər tərəfdən ölkəmiz müharibə şəraitində olduğu zamanda, daha çox vətəndaş həmrəyliyinə ehtiyac duyduğumuz bir vaxtda bu kimi süni problemlər heç bir müsbət nəticəyə gətirib çıxara bilməz. Öz vəhşilik və dinsizlikləri ilə seçilən təcavüzkar qonşularımız həyatın hər bir sahəsində(istər hərbi, istər təhsil, istər təbliğ) kilsənin nüfuzunu qoruyaraq öz məqsədlərinə doğru irəliləyirlər və başqa xalqların mədəniyyətlərini oğurlamaqdan çəkinmirlər. Biz isə tarixin süzgəcindən keçib gələn gözəl dəyərlərimizə məhdudiyyət və qadağalar tətbiq edirik. Yaxın tarixdə eyni taleyi bölüşdüyümüz, bizimlə eyni mədəniyyətə sahib olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s.kimi ölkələrdə hicaba bu kimi qadağalar qoyulmur.
Məsələnin bir başqa tərəfi isə Azərbaycanın konstitusiyasında vətəndaşlara verilən "Təhsil alma”, "Dini etiqad azadlığı”, "Fikrini azad şəkildə ifadə etmək hüququ” və s. hüquqlardır. Azərbaycanın Beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklər də bu qəbildəndir. Bu prizmadan götürüldükdə şagirdlərdən dərslərdə başıaçıq iştirakı tələb etmək hüquq pozuntusundan başqa bir şey deyil. Başqa bir paradoks da var ki, Azərbaycanda sayı 20000-dən çox olmayan yəhudilər oz dinlərini də tədris etdikləri məktəblərində yəhudi papağı (ermolka, kip) ilə gəzmək normal sayılır və onlara heç bir məhdudiyyət qoyulmur. Belə olan halda tarixən İslam dininə qulluq edən, əksəriyyəti müsəlman olan eyni respublikadakı başqa məktəblərdə bu məhdudiyyətin qoyulması düzgündürmü?
Hicablı şagirdlərin heç bir hüquqi əsas olmadan dərsdən kənarlaşdırılması yolverilməzdir və buna şərait yaradanlar Allah və qanun qarşısında cavab verəcəklər.

istinad:kovser.az saytından
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]