Cümə günü, 2024-11-22, 1:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Heyzli qadına haram olanlar
2012-11-02, 4:14 PM
Heyzli qadına haram olanlar



وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ ۖ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ ۖ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ ۖ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ ۚ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ



(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər! ("Bəqərə" 222)



*Dəstəmaz, qüsl, yaxud təyəmmumlə yerinə yetirilən ibadətlər (amma qüsl və dəstəmaz lazım olmayan ibadətləri yerinə yetirə bilər: meyit namazı qılmaq və s.;

*Cənabətli şəxslərə haram olan işlər;

*Cinsi yaxınlıqda olmaq;

Qeyd olunanlarla yanaşı, heyz halında olan qadına digər məhdudiyyətlər də qoyulur;



1. Nə qədər ki, heyz halındadır, ərindən boşana bilməz və əri də ona talaq verə bilməz.

2. Ramazan ayının və digər vacib və ya müstəhəb orucları tutarkən heyzli olduqda orucu pozmalı və davam etdirməməlidir. Lakin sonradan orucun qəzasını tutmalıdır.

3. Namaz qıldığı halda heyzli olduğunu başa düşdükdə namazı dayandırmalı və sonradan qılmadığı namazın qəzasını qılmamalıdır.

4. Cinsi yaxınlıqda olarkən heyzli olduğunu başa düşən qadın dərhal dayanmalıdır.

5. Heyz olacağını bilən qadın həmin vaxta qədər təxirə salmadan namazını qılmalıdır.

6. Namaz halında heyzli olan qadının namazı batildir.

7. Günün sonunadək heyzdən qurtaran qadın qüsl verib namazını yerinə yetirməlidir. Qəza etdikdə isə qəzasını və ya qəzalarını qılmalıdır.
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1175 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]