Cümə günü, 2024-03-29, 1:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

HƏZRƏTI FATIMEYI ZƏHRA (S)- NIN DUALARINDAN
2013-05-10, 4:28 AM
HƏZRƏTI FATIMEYI ZƏHRA (S)- NIN DUALARINDAN

Həzrəti Zəhra (s)-nın Peyğəmbərdən öyrəndiyi və oxuduğu dua
Suveyd ibn Ğəfle deyir: bir vaxt Əmirəl möminin (ə) kasıblaşdı. O zaman Fatimə (s)-ya buyurdu:nə olar Peyğəmbərin yanına gedib, ondan kömək diləyəsən? Fatimə (s) atasının evinə gəlib qapını döydü. Peyğəmbər yanında olan Ümmi əyimənə buyurdu:bu Fatimənin qapı döyməsidir. Adətən o bu saatda bura gəlməzdi. Qalx və onun üçün qapını aç.
Ümmi əymən deyir:mən qapını Fatimə üçün açdım. Peyğəmbər buyurdu: Ey Fatimə! Elə bir vaxtda yanımıza gəldin ki, bizlər bu vaxtda sənin gəlməyinə adət etməmişik. Fatimə dedi: ey Allahın elçisi! Mələklərin yeməyi Tanrının təmcidi, tərifi və təsbihidir. Bizim yeməyimiz nədir?

Peyğəmbər buyurdu: And olsun o kəsə ki məni Peyğəmbərliyə göndərib.otuz gündür ki Məhəmmədin evində od qalanmayıb. Amma indi bizim üçün qoyun gətiriblər. İndi əgər istəyirsənsə, əmr edim beş qoyun sənə versinlər. Və yaxud istəyirsənsə, Cəbrayılın mənə öyrətdiyi beş kəlməni sənə öyrədim?
Həzrti Fatimə (s) buyurdu: istəyirəm o beş kəlməni mənə öyrədəsən? Peyğəmbər buyurdu, de:
يا اَوَّلَ الاَوَّلِينَ وَ يا آخِرَ الآخِرِينَ وَ يا ذَا الْعُرْوَةِ المَتينِ وَ يا راحِمَ المَساكِينَ وَ يا اَرْحَمَ الرّاحِمِينَ
Fatimə (s) buyurdu elə ki mən qayıdıb Əli (ə)- ın yanına gəldim, o dedi: nə gətirdin? Dedim:mən sənin yanından dünyanı gətirmək üçün getdim, amma sənin üçün axirət gətirdim. Əli (ə) buyurdu:
خَيْرُ اَيّامِكَ.خَيْرُ اَيّامِكَ
Bu sənin ən yaxşı günündür; bu sənin ən yaxşı günündür.
(Nəzm durərul səmtin, Cəmaləddin zərəndi hənəfi mədənidən)
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1161 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/3
Total comments: 1
0  
1 AGAHUSEYN   (2013-07-10 2:11 PM) [Daxil et]
ALLAHIM,BIZ DE NURUNLA ISIQLANDIR

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]