Cümə günü, 2024-03-29, 2:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Həzrət Zəhra (s.ə) – Zəmanə İmamının (ə) ən ardıcıl müdafiəçisi
2013-03-28, 6:50 AM
Həzrət Zəhra (s.ə) – Zəmanə İmamının (ə) ən ardıcıl müdafiəçisi


Həzrət Fatimə (s.ə) - ali İlahi və insani şəxsiyyətə malik olan bir xanım idi. Əziz İslam Peyğəmbəri (s) buyurur:"Mənim qızım Fatimə (s.ə) - qadınların əvvlincisindən axırıncısına qədər ən üstünüdür. Fatimə (s.ə) - mənim bədənimin parasıdır. Zəhra (s.ə) - iki gözümün nurudur. Zəhra (s.ə) - qəlbimin meyvəsidir”.

Həzrət Zəhra (s.ə) - Rəsulallahın (s) bir parçası idi. Onun sünnəti - Həzrətin (s) sünnəti idi. Varlığı Peyğəmbər (s) varlığını tamamlayırdı.



Ən üstün nümunə.

İmam Sadiq (ə) və həmçinin Cabir Ənsari Peyğəmbərdən (s) nəql edir: "Həzrət, xanımın əynində kobud parçadan paltar görür. O, öz əlləri ilə buğdanı dəyirmandan keçirirdi. Elə o halda övladına süd verirdi. Peyğəmbərin (s) gözlərində göz yaşı yığıldı. Buyurdu: "Qızım, dünya acısına axirət şirinliyinin müqəddiməsi kimi döz!” Buyurdu: "Ey Allahın Rəsulu! Allahıma nemətlərinə görə şükür edir və sitayiş edirəm”.

Allah bu ayəni nazil etdi: "Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan”. ("Zuha” 5).



Qonşularla rəftarı.

Qonşularla ən yaxşı rəftarı xanım Fatimeyi-Zəhra (s.ə) əməlində nümayiş etdirirdi. O, həmişə qonşularını özündən üstün bilərdi. Gecə dualarında onlar üçün dua edərdi. Onlar üçün xeyir istəyərdi. İmam Həsən (ə) bu haqda belə buyurur: "Ana cümə gecəsi ibadət halında olardı. Davamlı olaraq insanlar üçün dua edərdi. Adlarını dilinə gətirərdi. Sübh ona dedim: "Gecə etdiyiniz duada özünüz üçün heç nə istəmədiniz”. O Həzrət (s.ə) cavab verdi: "Əvvəl qonşular üçün, ondan sonra özün üçün””.

Xanım (s.ə) buyurur ki, Peyğəmbər (s) buyurub: "Möminlərdən deyildir o kəs ki, qonşusu ondan amanda olmaz. O kəsin ki, Allaha və Qiyamətə imanı vardır, qonşusunu incitməz”.

Yoxsullarla rəftarı.

Həzrət Zəhra (s.ə) kamil bir insan idi. O, yoxsul deyildi, Fədəkdən müəyyən miqdarda gəliri var idi. Ancaq Xanım (s.ə) bu miqdarı özünə və ailəsinə deyil, yoxsullara xərcləyərdi. Buna görə də bəzən Xanımın (s.ə) evində bir neçə gün yemək olmazdı. Toy gecəsi Peyğəmbərin (s) evinə bir yoxsul gəlir və o, evin əhlindən paltar istəyir. Bu zaman Xanım (s.ə) gəlinlik libasını həmin yoxsula verir. Özü isə gündəlik geyindiyi adi paltarını geyinir.



İmamət (ə) məqamına mərifəti.

İmam Əli (ə) xanımın İmam Zamanı idi. Ona görə də xanım İmamını (ə) tanıtmaq üçün heç bir səyini əsirgəməzdi. İmam Əlini (ə) məzəmmət edən bir kişiyə buyurur: "O, İlahi və Rəbbani İmamdır. Bütün ariflərin, Allahpərəstlərin diqqət etdiyi mərkəz, paklardan olan övladlara sahib, haqqı deyən, İmamət məhvərinin həqiqi məqamıdır. Bu ümmətin ataları Muhəmməd (s) və Əlidir (ə). Əyriləri düz və islah edərlər. (Əgər insanlar ibadət etsələr) bu ikisi, insanlara cavidan əzabdan nicat verər. Əgər onunla müvafiq olsalar, davamlı



İlahi nemətlər nəsibləri olar”.

Bu, Xanımın (s.ə) İmamət məqamı haqqındakı nəzərləri idi. Xanımın (s.ə) İmamət fəlsəfəsindən agah olduğu aydın görünür. Xanım (s.ə) Mədinədə etdiyi xütbəsində buyurmuşdu: "Allah biz (Əhli-beytə) itaət etməyi İslam ümmətinin və İmamətin qalıcı olması üçün səbəb qərar vermişdir. Bizim rəhbərliyimizi vəhdət və təfriqədən amanda qalmaq amili qərar vermişdir”.

Peyğəmbərimizin (s) əziz qızı öz şərəfli ömrü boyu ailə vəzifələrini yerinə yetirməkdə, tərbiyə verməkdə, ailədə rahatlıq yaratmaqda İmam Əliyə (ə) daima yardım və kömək edərdi. Xanım, İmam Əlini (ə) xəlifəlikdən məhrum edəndən şəhadət anına qədər heç bir zaman susmadı. Daima İmamətliyi müdafiə etdi. Mühacirlərin və ənsarların evinə gedir, onlardan yardım istəyirdi.

İndi biz Xanımın (s.ə) ardıcılı olaraq əsrimizin İmamına (ə.f) yardım etməli və onu müdafiə etməliyik. Xanımı (s.ə) özümüzə nümunə hesab edək və onun həyat təcrübəsindən, elmindən, fəzilətindən, tövsiyələrindən ən yaxşı şəkildə bəhrələnək.



(Tebyan/ Deyerler.org)
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 905 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]