Main » Files » Qadın » İslamda qadınlar |
Həzrət Fatimeyi-Zəhra kimdir?
2012-11-02, 4:52 PM | |
Fatimənin (ə.s) kim olduğunu bilin! Həzrət Fatimeyi-Zəhra kimdir? Həqiqətən də Biz sənə kövsər əta etdik… Fatimə (əleyha salam) Zöhreyi-Zəhradır ki, ilahi əzəmətin nurundan yaranıb. Onun vücudu ilə səma və yer üzü nurlanmış, mələklər səcdəyə düşüb həzrət Haqqdan o nurun əzəməti haqqında soruşmuşlar. Fatimə (əleyha salam) Həvrayi-insiyyədir (insan cildində bir hüriyyədir) ki, Allah Əbül-bəşər Adəmin (əleyhis-salam) xilqətindən öncə onu öz nunundan yaradıb, ərşin sütunun altında ona yer verib. Orada daim Allaha təsbih, təqdis, təhlil və təhmid etməklə məşqul olub. Fatimə (əleya salam) elə böyük bir xanımdır ki, Allah-taala onun atasını, həyat yoldaşını, iki övladı- Həsən və Hüseynin (əleyhiməs-səlam) nurunu yaratmış, onların vilayətini mələklərə və sair məxluqlara təqdim etmişdir. Qəbul edənlər Allahın müqərrəblərindən, inkar edənlər isə kafirlərdən hesab olunub. Fatimə (əleya salam) elə böyük bir xanımdır ki, Allah-taala onun, atasının, həyat yoldaşının, Həsən Hüseyin (ələyhiməs-səlam) və digər övladlarının nuru, başqalarından - hətta nəbilərin övlayaların, övsiyaların nurundan öncə, şərəfli, üstün yaranmış, müqəddəs və qədimdir. Onların nuru səmaya, dağlara yayıldı və hər tərəfi bürüdü. Fatimə (əleya salam) seçilən böyük bir xanımdır ki, atası, həyat yoldaşı, iki övladı- Həsən və Hüseynlə (əleyhiməs-səlam) Allahın ərşı altında həzrət Adəm xəlq olunmazdan öncə "Alin” məqamında Allaha təsbih etməklə məşğul olmuş və mələkələr də onlara qoşulmuşlar. Fatimə (əleya salam) yeganə qızdır ki, atası Rəsulallah (s), Allaha ilk iman gətirən və ilk peyğəmbərdirdir ki, peyğəmbərlərdən əhd alındıqdan sonra "bəli” dedi: "Yaranmışların ilki və yaranan hər kəsin ağasıdır”. Allah-taala ondan yaxşısını yaratmayıb. Onun şənində buyurub: "Sən olmasaydın, dünyanı yaratmazdım”. Fatimə (ələyha) səlam yegənə qızdır ki, Xədiceyi-Kübra əleyha-salam kimi anası var. Həzrət Haqq dönə-dönə onunla mələklərin yanında fəxr edərdi. Peyğəmbər (s) meracadan qayıtdıqdan sonra Cəbrayıl (ə) Allahın və özünün salamını ona çatdırardı. Allah-taala qadınlar arasında dörd nəfəri seçib ki, cənnət onlara müştaqdır. Xədicə (ələyha salam) də onlardan biridir. Fatimə (əleyha salam) bir Seyyidədir ki, onun nütfəsi Cəbrailin (ə) Allah-taala tərəfindən Peyğəmbər üçün gətirdiyi hədiyyədən - behişt meyvəsindən bağlanıb. Fatimə (ələyha salam) bir Mühəddisədir ki, anasının bətnində olanda anası Xədicə (əleyha salam) ilə danışardı, rəva olmayan sözlərin müqabilində onu səbirə və dözümə dəvət edər, sakitləşdirərdi... Fatimə (əleyha salam) bir Tahirə və Mütəhhərədir ki, anası onu bətnində daşıyarkən cənnət qadınları və hurilər ona xidmət etdiyi halda dünyaya pak olaraq qədəm qoydu. Kəlmeyi-şəhadətə dil açdı. Həyat yoldaşının vəsi, övladlarının seyid (imam) olmasına şəhadət verdi. Onun cəlalının nuru təkcə Məkkəni deyil bütün şərq və qərbi bürüdü. Səmada parlaq bir nur yarandı ki, mələklər onun bənzərini görməmişdi. Cənnət əhli, mələkut aləmi onun doğumunu bir-birlərinə müjdə verdilər. Nəhayət cənnət qadınları onu Tahirə, Mütəhhərə və Zəkiyyə kimi onun və (onunla bərabər dünyaya gələcək) mübarək nəslinin qədəmini təbriklərlə alqışlayıb Xədicəyə təqdim etdilər. O, hər gün hər ay adi şəkildə deyil, sürətlə böyüyürdü. Fatimə (əleyha salam) yeganə xanımdır ki, Allah-taala ona Öz adlarınından əta edib onu "Fatimə” adlandırdı. Dostlarına kömək edəcəyi üçün, göylərdə "Mənsurə”, tərəfdarlarını oddan qurtaracağı üçün yerdə "Fatimə” adlanıb. Ona deyilən ləqəb və künyələrin hər biri öz yerində onun zahiri və batini kamalına işarədir. Fatimə (əleyha salam) insan cildində bir Huri idi. Qadınalara xas olan (aylıq adət kimi) məsələlərdən pak olduğu üçün "Bətul” və ya "Tahirə” adlandı. Rəsulallah (s) Fatiməyə (s.ə) elə bir şəkildə xüsusi diqqət yetirirdi ki, hər vaxt səfərə getsəydi, vidalaşdığı sonuncu, səfərdən qayıtdıqda ilk görüşdüydü şəxs Fatimə (ə.s) olardı. Həmişə onun dərdini çəkər, ondan nigaran idi. Allah-taala Fatiməni (ə.s) mənəvi əzəmətinə görə bütün qadınlar arasından seçdi. Onun elə bir sevimlisi oldu ki, həyatında və ölümündə onunla birgə olmaq və atasına, həyat yoldaşına, övladlarına salavat və rəhmət göndərməyi mələklərdən bir qrupuna tapşırdı. Fatimə (əleyha salam) elə böyük bir şəxsiyətdir ki, Cəbrayıl (ə) onun təvəllüdünü Rəsullallaha (s) müjdə verdi. Fatimə (əleyha salam) Həvrayi-insiyyədir ki, Rəsullullah (s) hər zaman cənnətə müştaq olsaydı, onu iyləyər və buyurardı: "Tuba ağacının iyini ondan duyuram”. Fatimə (əleyha salam) ilahinin nurun cilvəsi, Onun cəlal və camalıdır. Onun qəzəbi Allahın qəzəbi, razılığı Onun razılığıdır. Rəsullullah (s) buyurub: "Onun nuru bizim nurumuzdandır”. Həmçinin buyurub: "O məndən, mən də ondanam. Hər kəs ona salavat və rəhmət göndərəsə, Allah-taala onu bağışlayar və cənnətdə mənə qovuşdurar.” Sonumid.com sibtayn.com | |
Views: 846 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |