Bazar günü, 2024-12-22, 5:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Həyat yoldaşımı necə tənqid edim?
2012-10-31, 11:16 AM
Həyat yoldaşımı necə tənqid edim?
Kişiləri tənqid etməyin münasib üslubu.

1. Qadın incikliyini bildirməmişdən öncə onu kağız üzərinə yazsın. Əgər belə etsə, bu hadisədə özünə aid olan hissəni tez görər. Hadisəni yazmaq onu həm nisbətən sakitləşdirər, həm də incikliyinin səbəblərini daha dərindən aydınlaşdırar.
2. Söhbət etməzdən öncə özünü həyat yoldaşının yerində təsəvvür etsin. Bu yolla onun çətinliklərini daha yaxşı başa düşər.
3. Həyat yoldaşıyla söhbət etməmişdən öncə bu mövzunu (əgər xüsusi ehtiyac duyulmursa) başqalarına açıqlamasın.
4. Söhbətin əvvəlində təkidlə vurğulasın ki, hadisəni daha yaxşı anlaması üçün bunu aydınlaşdırır.
5. Dəfələrlə xatırlatsın ki, mümkündür işin əsli anlaşılmazlıqdır və bu söhbəti açmaq onu aradan götürmək üçündür.
6. Yoldaşının müsbət xüsusiyyətlərini, yaxud etdiyi lazımi işləri xatırlamağa çalışsın ki, müzakirə fəzası səmimiyyət tapsın.
7. Söhbət əsnasında dil yarasına, kinayəyə, məsxərəyə və təhqirə yol verməsin. Onunla dostcasına, mehriban söhbət etsin.

Qadınları tənqid etməyin münasib üslubu.
1. Kişi mövzunu izah etməzdən öncə onu kağız üzərinə yazsın ki, öz səhvlərinə də diqqət yetirə bilsin.
2. Heç vaxt həyat yoldaşını başqalarıyla müqayisə edib, digərlərinin üstünlüklərini ona tənə etməsin.
3. Həyat yoldaşınızı küsdürən şeyi aradan qaldırdıqdan sonra günahını etiraf etməyə onu məcbur etməyin.
4. Evin işlərini çöl işlərindən üstün tutun və onun zəhmətlərinin qədrini bilin.
5. İnad və tərslikdən çəkinin.
6. Söhbət zamanı söz və ibarələrinizdə diqqətli olun, çünki qadınlar deyilənlərdən çox deyilmək istənilənlərə əhəmiyyət verirlər.
7. Xanımlara çox sual etməklə onları dərk etməyə istiqamətləndirin, özünüzə istintaq qurmayın.
8. Bacardığınız hər hansı bir şəkildə incikliyin aradan getdiyini göstərin (hədiyyə, gül və ya müqabilin ehtiyacı olan hər hansı bir şeyi ona almaqla və s).

Materialdan istifadə edərkən KOVSER.AZ saytına istinad zəruridir
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 750 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]