Bazar günü, 2024-12-22, 8:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Əgər Həzrət Fatimə (s.ə) olmasaydı...
2013-03-08, 7:57 PM
Əgər Həzrət Fatimə (s.ə) olmasaydı...
 Əgər Həzrət Fatimə (s.ə) olmasaydı, qadın haqqında gələn ayə və hədislərə başqa məna verilərdi. Qadın müstəqil bir varlıq kimi görünməz və heç kim inanmazdı ki, qadın da kişi kimi kamala çata bilər.

Biz möminə xanımlar Həzrət Fatimənin (s.ə) varlığı ilə fəxr edirik. Ondan örnək götürərək, həm ailədə, həm məişətdə, həm cəmiyyətdə onun kimi olmağa çalışırıq. Biz Xanımın (s.ə) mövludunu xanımlar bayramı hesab edirik. Biz bəzi yanlış vərdişlərə görə 8 martı qadınlar bayramı hesab etmirik. Bəs əgər Həzrət Fatimə (s.ə) olmasaydı, nə olardı?

Bu gün cəmiyyətimizdə belə bir adət vardır ki, bəzi ictimai qrupların adı ilə bayram keçiririk: müəllim günü, jurnalist günü, qadın günü kimi. İlk baxışdan bu əməl bəyənilmiş bir əməl kimi görünür. Çünki bu bəhanələr altında bəzi ictimai xadimlərin adını yaşatmaq olar. Onların gördüyü işləri dəyərləndirib, onların çəkdikləri çətinlikləri aradan qaldırmağa çalışırıq. 8 mart da bu cür yanlış adətlərdən biridir. Bu günü beynəlxalq qadınlar günü kimi qeyd edir və qadının müstəqil bir varlıq kimi var olduğunu sübut etməyə çalışırlar. Halbuki bu gün Qərb ölkələri ilə Şərq ölkələrində yaşayan qadınları müqayisə edən zaman bunun əksini görə bilərik. Çünki əslində qadınların nümunəsi Həzrət Fatimədir (s.ə).

Əgər Xanım (s.ə)olmasaydı, qadının bu dünyadakı rolu və dəyəri həqiqi şəkildə tanınmaz qalardı. Əgər Xanım (s.ə)olmasaydı, Allahın Cəlal sifətləri zahir olar, ancaq Camal sifətləri görünməz qalardı. Bu günün insanları keçmişin yüngül tarixi düşüncələrini davam etdirərdilər. Sevgi və məhəbbətdən bəhrəsiz qalardılar.

Əgər Həzrət Fatimə (s.ə) olmasaydı, qadın kamala çata bilən müstəqil bir varlıq kimi tanınmazdı. Biz müsəlman qadınlar bu günün cəmiyyətindən razı deyilik, çünki qadına İslamın əvvəllərində qoyulan o dəyəri bu gün cəmiyyətdə heç bir qadına qoymurlar.

Əgər Xanım (s.ə) olmasaydı, qadın haqqında gələn ayə və hədislərə fərlqi libas geyindirməyə çalışardılar. Qadının dini təlim alması fikri yanlış qarşılanardı. Qadının müstəqil olması fikri düzgün mənalandırılmazdı. Çünki Həzrət Fatimə (s.ə) kimi kamil bir qadın olduğuna görə qadınları tənqid edən hədislərə nəzər salanda görmək olur ki, bu, bütün qadınlara şamil edilmir. Bəlkə qadınların bəzilərinə adi bir sifətdir. O qadınlar ki, təqvaya riyaət edir və saleh əməl görürlər - bu cür sifətlərdən uzaqdırlar.

Əgər Həzrət Fatimə (s.ə) olmasaydı, qadın ikinci dərəcəli bir şəxsiyyət olardı. Hətta bir çox aqil insanlar belə qadını məhdud bir varlıq kimi tanıyardılar. Belə bir əqidə yaranardı ki, sevgi hissi qadının təfəkküründə əsas rol oynadığına görə, əgər onlara təzyiq göstərilərsə, dini və ictimai öhdəçiliklərini yerinə yetirə bilməzlər. Ancaq qadın öz sevgi hisslərini o həddə çatdıra bilər ki, ruhu sevginin təsiri altında həm dini və həm də ictimai öhdəçilklərini ən gözəl şəkildə yerinə yetirə bilər.

Əgər Həzrət Fatimə (s.ə) olmasaydı, İmam Həsən (ə) və İmam Hüseyn (ə) olmazdı. Peyğəmbərdən (s) sonra tək İmam - İmam Əli (ə) olardı. Nəticədə Peyğəmbər (s) sünnətini onun səhabələri və tabeinləri nəsildən-nəslə ötürərdilər. Zalım hakimlərin təzyiqi altında həqiqi din aradan gedər və yerini mənasız adət-ənənələrə verərdi. Qurandan isə zahirindən başqa bir şey qalmazdı. Bəşər cinsindən olan heç bir İlahi kəndir tapılmazdı ki, ondan yapışaq. Onun köməyi ilə Quranı dərk edək və ona düzgün əməl edək. Tarixin dəyişdirdiyi Peyğəmbər (s) sünnətini ifrat və təfritlə yerinə yetirərdik.

Əgər Həzrət Fatimə (s.ə) olmasaydı, qadın malikiyyət kimi qəbul olunar və müstəqil olmazdı. Bu gün Xanımın (s.ə) varlığına görə qadınlar müstəqil və azaddırlar. "Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Hüseyni oğulları, Həzrət Fatiməni qadın və İmam Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”. ("Ali-İmran” 61).

Həzrət Fatiməni (s.ə) özümüzə örnək bilərək, bu əqidədə oluruq ki, qadının öz şəxsiyyətini təsdiq etməsi üçün kişilərlə eyni sırada olması zəruri deyildir. Bəlkə özü fərqli bir şəxsiyyətə və xanımlıq sifətlərinə malikdir ki, Allahın məxluqu, müstəqil və hamı tərəfindən qəbul olunandır. O qadınlar ki, Həzrət Fatiməni (s.ə) sevirlər, sağlam bir şəxsiyyətə malik olmaq üçün özünü kişilərlə müqayisə etməz. Çünki özünü qadın görməkdə kompleksi olmaz. Başqa bir sözlə, o qadın ki, Həzrət Fatiməni (s.ə) sevir, heç bir zaman kişi doğulmasını arzu etməz.



(Tebyan/ Deyerler.org)
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 924 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]