Cümə günü, 2024-11-22, 1:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Fatimə Zəhra (s) ən yaxşı ülgü
2012-11-02, 4:31 PM
Fatimə Zəhra (s) ən yaxşı ülgü


Təvəllüdü

-Təvəllüdü ilə Məkkə nura və mənəviyyata qərq oldu.
-Besətin 5-ci ili, Hicrətdən 7 il öncə Cəmadiüssani ayının 20-si dünyaya göz açdı.
-Kövsər hozunun suyu ilə yuyuldu.
-Mübarək təvəllüdünə xatir 4 xanım, Həzrət Məryəm, Həzrət Asiyə, Həzrət Sara və Həzrət Gülsüm (Musanın (ə) bacısı) Xədicənin (s) evinə gəldilər.

Nəsil və nəcabəti
-Atası Həzrət Məhəmməd (s), məxluqatın ən üstünüdür.
-Anası Xədicə (ə) ilk müsəlman qadındır.
-Əcdadı İbrahim peyğəmbərin (ə) nəslindəndir.

Adı
-Adını Allah-təala seçmişdir.
-Fatimə adlandırıldı. Ona görə ki, Allah onu və şiələrini cəhənnəm əzabından saxlamışdır.

Paklığı
-Tahirə və Mutəhhərə idi. Hər cəhətdən pak və pakizə idi.
-Paklığı sevirdi.
-Misvak istifadə edirdi.

Valideynə ehtiram
-Atasına o qədər məhəbbətli idi ki, "Ümmi Əbiha” (Atasının anası) adlandırdılar.
-Valideynlə gözəl rəftarı həm əməlində həmdə sözlərində tövsiyə edirdi və bunu Allahın əzabından aman hesab edirdi.
-Anasını çox sevirdi. Buyurur: Həmişə ananın xidmətində ol. Cənnət anaların ayaqları altındadır.
-Allahın rizayətini, ata-ananın rizayətində bilirdi.
-Atasının fəzilətlərini bəyan edirdi.

Quranı sevmək
-Qurana çox əlaqəsi vardı. Hətta iş görərkən Quran zümzümə edirdi.
-Quranın hafizi, müfəssiri, həqiqətlərindən və sirrlərindən xəbərdar idi.
-Qəsb olunmuş haqqını xəlifədən tələb edəndə, Quran ayələrinə istinad etdi.
-Qurana məhəbbəti o dərəcədə idi ki, Həzrət Əlidən (ə) ölümündən sonra onun üçün çoxlu Quran oxumasını istədi.
-Qurana məhəbbəti haqda buyurur:”Mən sizin dünyanızdan üç şeyi sevirəm: Quran tilavətini, İnfaq və sədəqə verməyi və atamın, Allahın Rəsulunun (s) üzünə tamaşa etməyi.

Namaz qılmaq
- Ruku və səcdələri uzadardı.
-Namaz halında Allahın əzəmətindən təngnəfəs olurdu.
-Namaz vaxtı ətirdən istifadə edirdi.
-Çətinliklərdə də namaz qılardı.
-Çoxlu namaz qıldığına mübarək ayaqları şişərdi.
-Gecə namazını tərk etmədi.

Dəstəmaz
-Həmişə dəstəmazlı idi.
-Yatmamışdan öncə dəstəmaz alardı.
-Ömürünün sonlarına kimi dəstəmaz aldı.

Uşaqları sevmək
-Uşaqları çox sevərdi.
-Yetimlərə məhəbbəti vardı.
-Uşaqları xəstələnəndə onların şəfası üçün oruc tutmağı nəzir edərdi.

Qonaqpərvərlik
-Qonaqpərvərliyi bir həddə idi ki, gözünün nuru uşaqlarını ac yatızdırardı və evdə olan yeməyi qonağa verərdi.
-Atasının (s) kəlamı yadında idi. "Qonaq cənnət yolunun bələdçisidir”.
-Qonağı səmavi hədiyyə bilirdi.

Vəzifəni tanımaq
-Evdarlığı, həyat yoldaşına qulluğu və övlad tərbiyəsini, qadının ən mühüm vəzifələrindən bilirdi.

Elm sevmək
-"Elm şəhəri”nin (s) qızı idi.
-Qadınların savadlı olmasını istəyirdi.
-Alimə və mühəddisə (hədis nəql edən) idi.
-"Sühüf Fatimə” kitabı ona məxsusdur.

Söz demək
-Miqdarında və yerində söz deyərdi.
-Heç kəsin sözünü kəsməzdi.
-Çox danışmazdı.
-Töhmət vurmazdı.
-Qeybət etməzdi.
-Söz gəzdirməyi çirkinlik bilirdi.


Əlbəttə xanım Zəhranın (s) həyatı haqqında bir çox kitablar yazılmışdır. Amma bizim imkanımız olmadığına görə bu qədərlə kifayətləniriq. Ümid edirik ki, xanımlarımız Fatimə Zəhranı (s) ülqü və nümunə bilib özləri Fatimə Zəhra xanım (s) haqda daha da ətraflı araşdırmalar aparacaqlar.

islammektebi.org
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]