Bazar günü, 2024-12-22, 5:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

BƏRƏKTLİ AİLƏ
2012-10-28, 9:32 AM
BƏRƏKTLİ AİLƏ


Həzrət Fatimə (salamullahi əleyha) Əli (əleyhissalam) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.
Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də həyatlarının ilk il...lərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. İkisi də Şebi Əbi Talibdə müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər.
Həzrət Fatimə (salamullahi əleyha) bilirdi ki, həzrət Əli (əleyhissalam)-ın maddi dövləti olmayıb, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.
O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu İslam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.
Həzrət Fatimə (salamullahi əleyha) İslam dünyasının rəhbəri Peyğəmbərin (sələlləhi əleyhi və alihi və səlləm) qızı idi; onun bir xidmətçisi olması zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi.
Xanım Zəhra (salamullahi əleyha) özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Ruqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və nemət içində yaşayırdılar. Amma Fatimə (salamullahi əleyha) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın təməlidir.
Fatimə (salamullahi əleyha) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Quranın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]