Cümə günü, 2024-11-22, 1:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Bəlkə günah özümüzdədir?
2012-11-02, 5:03 PM
Bəlkə günah özümüzdədir?

Eşitmisiniz, ağlamayan uşağa süd vermirlər? Bu günkü məqaləm özümüzə aiddir. Elə məhz özümüzə! Deyirəm, bəlkə əleyhimizə baş verən hadisələr elə öz günahımızdı? Yadımdadı indiki kimi, 2- 3 il bundan qabaq ruhanilərə ancaq bu sözü deyirdik: Axı hicaba aid heç bir moizəniz, diskiniz yoxdur? Axı xanımlar heç bilmirlər hicabın kamilliyi nədədi?! "İnşaallah” – cavabı alırdıq. Hə, axır hicabla bağlı moizə oldu, gec oldu, amma güc oldu. Amma biz heç vaxt bu dövlətə hicabın bizim üçün nə olduğunu deməmişdik ... Bəlkə ona görə əl uzatdılar?! Darıxmayın ... Bu da düzələcək, çünki insanların reaksiyalarını gördü məmurlar. Bu millət çox dəyişilib ... Amma ruhunda, fitrətində qeyrət qalıb. İstəsəniz də zorla o qeyrəti ala bilməyəcəksiniz. Sadəcə, sizə bunu deyim: Bu, bilirsiniz nəyə oxşayır? Neçə illərdir Azərbaycanda məhərrəmlik saxlanılır. Dost da toy etmir, düşmən də. Neçə ildir nişan olmur bu ölkədə məhərrəmlikdə ... Amma bu il iki kanalda birdən "Toy olsun” verilişi başladı. Həm də deyəndə ki, axı məhhərrəmlikdir, belə cavab aldıq ki, toyu məhərrəmlikdən sonraya saxlayıblar... İndi ey Azərbaycan milləti, baxın bununla razılaşdıq ... Halbuki millətə hörmət, ehtiram xatirinə 2 ay fasilə verilə bilərdi o proqramlara. Baxın ha, gələn il toy da edəcəklər. Çünki bu il, hətta dindarlardan belə o verilişə baxan oldu. Toxumu səpdilər... İndi cücərməyini gözləyirlər. Əgər cücərsə gələn il Məhərrəmlikdə toy da edəcəklər. Bu bir psixoloji haldır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir! Zeka.az
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 776 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]