Main » Files » Qadın » İslamda qadınlar |
Ana Olaraq Qadının Dəyəri
2012-11-02, 4:05 PM | |
Cənnət anaların ayagı altındadır Cənabı Haqq buyurur: "Anaya yaxşı davranın." (Nisa Surəsi / 36) "Ata-anaya yaxşılıq edin" (Ən'am Surəsi /151) "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. " (İsra Surəsi, 23-24) "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" (Loğman Surəsi, 14) "Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik." Anası onu zəhmətlə daşıdı və zəhmətlə doğurdu. Daşınması ilə süddən kəsilməsi, otuz ay davam edər. Nəhayət insan, güclü çağına çatıb qırx yaşına varın tərəfindən deyər ki: Rəbbim! Mənə və ana-atama verdiyin nemətə şükr etməmi və razı olacağın faydalı iş etməmi təmin et." Bir gün Rəsulullaha (s. a. a) biri soruşar: - Mənim özünə xidmət və ülfət etməmə, insanlar içində ən layiq və ən haqlı olan kimdir? Rəsulullah əfəndimiz: - Anandır. - Sonra kimdir? - Sonra anandır. - Sonra kimdir? - Sonra anandır, buyurdular. O şəxs yenə : - sonra kimdir, dəyincə Peyğəmbər Əfəndimiz buyurarlar: - Sonra atandır. Bu hədisdə, anaya lütfkarlığın üç dəfə təkrar olunması, ananın övlad üzərində, atanın üç misli yaxşılıq və lütfkarlıq haqqı oılduğunu ifadə edər. Bunlar, hamiləlik yorguluğu, doğurma əziyyəti və əmizdirməyə qarşı sayıla bilinər. Anaya günah olan bir şeyi əmr etmədikcə itaət etmək vacibdir. Hətta onun icazəsini almadan könüllü olaraq cihada qatılmaq belə caiz deyil. Hətta Rəsulullah (s. a. a) bu vəziyyətdə olanları geri çevirmiş icazə allamarını istəmişdir. Oğul nafilə namaz qılarkən, anası özünə səslənsə, ona əziyyət verməmək üçün namazı pozması lazımdır. Hətta bəzi İslam alimləri, fərz olsun nafilə olsun mütləq namazı pozmaq lazım olduğunu ümumi bir qaidə olaraq qəbul etmişlər. Rəsulullah əfəndimiz, məni İsrail zamanında yaşayan Cüreyc adlı bir rahibin hekayəsini izah edərək bu mövzuda ümmətinə dərs vermişdir. Cüreyc namazda ikən, anası ona səslənmişdi. Cüreyc bir müddət namazı pozub, pozmamaq barəsində tərəddüddən sonra namazını etməyə davam etmişdi. Anası bir neçə dəfə səslənməsinə qarşı cavab ala bilmədiyindən oğuluna qarğış etmişdi. Daha sonra Cüreyc bu qarğışa eyni eyninə uğradı. İslama görə, ana kafir olsa belə, mömin olan övladının iman və etiqadına ilişmədikcə, ona lütfkarlıq və gözəlliklə rəftar etməsi övladı üzərinə vacibdir. Necə ki, birinci xəlifə Əbubəkrin qızı Əsməyə müşrik olan anası Kuteyle ziyarətə gəlmişdi. Ona ikram edib etməmə husususnda tərəddüdə düşən Əsmə vəziyyəti Rəsulullahdan soruşmuş. OTAQ "Bəli, anana mehriban davran və xoş sözlər de" deyə buyurmuşlar. Ana hüququnun yüksəkliyi barəsində ən məşhur hədisi şərif budur: "Cənnət anaların ayagı altındadır" İşdə bütün bu ayə və hədislərdən aydın olacağı üzrə, İslamiyyət ana olmaq şərəfiylə qadına ən böyük, ən möhtərəm bir mövqesni vermişdir. Qaynaqlar: 1) Qurani Kərim Tərcüməsni 2) Müslim 3) İslamda Qadın Haqqları, Məmməd Tikməyin tebyan | |
Views: 791 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |