Cümə axşamı, 2024-11-21, 9:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Yaxşı Bir Ananın xüsusiyyətləri(3. Hissə)
2013-05-27, 9:45 AM
Yaxşı Bir Ananın xüsusiyyətləri(3. Hissə)




4. Münasib ( Orta səviyyəli ) Olmaq:

İslamın təməl təlimlərindən biri ölçününün düzgünlüyü balanslı ola bilməsidir. İslam heç bir şeydə həddindən artıqlıqdan xoşlanmaz və yanlılarına gərək ibadətdə olsun, gərək geyimdə, yeməkdə, qohumluq əlaqələrində və daha bir çox həyatın fərqli sahələrində tarazlığı qorumağı tövsiyə edər. Quranı Kərimdə Buyurulur ki:
"
(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun."‌ (Bəqərə 143)

 "‌ Bəqərə surəsinin söz mövzusu ayəsinin təfsirində Allame Tabatabai belə buyurur; " İslamın qızıl xüsusiyyətli öyüdlərindən biri bir müsəlman olaraq ruhu qədər bədənini də gücləndirməsini diqqətə alaraq; mülayim bir yolu tutmağa dəvət etməsidir. Çünki insan oğlu yalnız ruhdan təşkil olmadığı kimi, yalnız bədəndən də meydana gəlməmişdir. O hər ikisinin də bir kombinasiyasıdır və bu nizama görə əldə tərtib edilən həyat onu fəraha çatdırıb, bu tarazlığı qoruyub güçlendirecektir."‌

Bütün davranış formalarında mülayimlik tövsiyə edilmişdir. İslam comərdlikdən xoşlanar lakin təriflədiyi comərdlik nə bədxərclikdir nədə pintilik olaraq təsvir edilə bilər. Quranı Kərimdə Loğman Həkimin oğuluna olan tövsiyələri də mülayim olmanın hər sahədə edilməsi lazım olduğunu ortaya qoymaqdadır.
"
Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!"‌ (Loğman 19)

Bir ananın da həm bir müsəlman olaraq həm də uşaqlarına nümunə olacağı üçün hər baxımdan balanslı olması lazımdır. Uşağını sevməsi lazımdır və şübhəsiz sevəcək də... Lakin bu sevgisi uşağını şişirdəcək şəkildə üstünə titrəmə şəklində bir həddindən artıqlıqda da olmamalıdır. Ananın uşağına olan sevgisi özünə yaraşar şəkildə, uşağın kədərlənməsinə və əsəbiləşməsinə səbəb belə olsa, uşaq üçün doğru olanların edilməsini tarazlıqlayıcı xüsusiyyətdə olmalıdır.

Bəzi valideynlərin uşaqlarına olan sevgisi uşağı belə sıx boğaz edəcək dərəcədə həddindən artıq bir formadadır. Uşaqlarının istədikləri hər şeyi allıb, bütün tələblərinə cavab verməkdə, onlara istisnasız hər vəziyyətdə yumşaq və şirinliklə davranmalıdırlar. Lakin bu davranış şəkli gerçək mənada bir sevginin göstəricisi olmayıb daha çox uşağı şişirtməkdən ibarətdir.

Uşağın intizamı mövzusunda da bir orta yol təmin edilməli, uşaqların etdikləriylə üzləşmələrini təmin edəcək bir sabitlik qurulmalıdır. Lakin edilən işlərdə uşaqların yaşı, hadisənin ciddiliyi kimi faktorlar göz ardı edilməməlidir. Bir dəfə Resullah saa. Fiziki cəzalandırma şəklinin uşağın intizama edilməsində bir yol olmadığını açıqlayarkən, səhabələrdən birinə " Onu müəyyən bir müddət çöldə gözlət ( ya da otaqdan çölə çıxarma) və verişen zamanı uzatma. " şəklində buyurmuşdur. Verilən cəzanın nəticəsində uşaq şiddətli bir tərzdə zərər görməməli, bu mövzuda münasib olunmalıdır.

Uşaqların bir-birinə bənzəməyən, fərqli təbiətləri vardır. Analar uşaqlarının bəzilərinə bənzəmələrini, başqaları kimi olmalarını gözləməməlidirlər. Uşağın qabiliyyətlərinin üstündəki gözləmələr, uşaqda alçaldılma duyğusuna səbəb olacaq. Eyni zamanda uşağında potensiyel bir gücü vardır. Və ananın da uşağın var olan gücünü istifadə edərək, özünü inkişaf etdirməsi üçün, uşağından məqbul ölçülərdə gözləmələri olması lazımdır.

Bir ana mülayim və məqbul olduğunda; uşağı üçün daha candan, səmimi hala gələcəkdir. Uşağı anasıyla danışdığında problemlərini anlaya biləcəyini biləcək. Bu ana uşaq əlaqələrində və xüsusilə uşağın inkişafında qiymətsiz bir xüsusiyyətdir. Bunun əksinə uşaq anasının məqbul olmayan gözləmələrini gördüyündə anasından uzaqlaşacaq və ona qarşı soyuq olacaq.
tebyan

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 861 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]