Bazar günü, 2024-12-22, 3:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Əvvəl ölç, sonra biç!
2012-11-27, 8:02 AM
Əvvəl ölç, sonra biç!


Əvvəl tanı, sonra al!

Həyatda kimə etimad edir və inanırsınız? Hansı şəraitdə və hansı şərtlərlə? Sizcə başqalarının sözünə və iddialarına inanmaq, etimad etmək və razılıq vermək olar?

Heç vaxt. Çünki söz və əməl arasındakı fasilə çoxdur. Nə çoxdur o kəslər ki, sözlərinin ətri ürəkləri özünə cəzb edir, insanları heyrətə salır, lakin əməlləri murdar leş iyi verir. Buna görə də heç kimin (zahirdə olan) xoş rəftarına, cazibəli görünüşünə aldanmamalı və kimsəyə imtahansız inanmamalıyıq.

Çünki sınaqsız inanmaq və etimad etmək zəifliyin, gücsüzlüyün nişanəsidir. İmam Əli (ə) vəsiyyətində buyurur:

«الطُّمَأْنِينَةُ إِلَى كُلِّ أَحَدٍ قَبْلَ الِاخْتِبَارِ مِنْ قُصُورِ الْعَقل»؛

«لَا تَأْمَنْ صَدِيقَكَ حَتَّى تَخْتَبِرَهُ»؛

"Sınaqdan qabaq etimad etmək ağılın naqisliyini görstərir"

"Heç kəsə sınaqdan keçirtməmiş etimad edib arxayın olma”.[1]

Başqalarını yaxşı tanımaq və sınamaq üçün keçmişini yoxlamalı, dost-tanışlarını görməli və tanımalı, həyatda onunla birlikdə olmuş insanlarla maraqlanmalı – məsələn kiminlə ticarət etmiş, səfərə çıxmış, həmkar olmuşdur və s...

Ədalət, sədaqət, vəfa və imanını yoxlamalı və bundan sonra ona inanıb-inanmamaq barədə düşünməlisən.

Sınaqsız inansanız bilin ki, qaranlıq meşədə bataqlığa düşmüsünüz. Belə bir bataqlığa düşməmək üçün həyatın işlərini elm və yəqinə əsaslanaraq görməlisən. Allahın Rəsulu, həzrət Məhəmməd Mustəfa (s) sifarişlərinin birində buyurur: "... (Həyatda) etmək istədiyin hər işi elm və ağıla əsaslanaraq yerinə yetir. Məbada, hansısa bir işi məlumatsız, tədbirsiz, ehtiyatsız, bəsirətsiz və axırını fikirləşmədən yerinə yetirəsən”.[2] Çünki Allah-Taala Qurani-Kərimdə buyurur: "Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın”.[3]

Yəni əgər öz işlərinizi məlumat, diqqət və düşüncə ilə qurmasanız, onda əsassız və davamsız olacaq, açılıb-töküləcək və peşmançılıq gətirəcəkdir.


[1] - "Biharul-ənvar", 103/86; "Təsnifu ğurərul hikəm və durərul kəlim", Əbdülvahid Təmimi, səh.416, hədis:9490-9499;

[2] - "Biharul-ənvar", 77/110;

[3] - "Qurani-kərim", Nəhl surəsi/92;



islammektebi.org


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 629 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]