Çərşənbə günü, 2024-04-24, 0:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Valideynin narahatlığını öz geriliyi ilə əlaqələndirən uşaq daha da tormozlanır
2013-05-14, 11:02 AM

Valideynin narahatlığını öz geriliyi ilə əlaqələndirən uşaq daha da tormozlanır


Bəzi uşaqlar bütün işlərdə öz yaşıdlarından geri qalırlar. Əgər bu gecikmə altı aydan çoxdursa mütəxəssisə müraciət edilməlidir


Bəzən uşaqdakı gerilik onu əhatə edən mühitlə bağlı olur. İşıqla, səslə, hərəkətlə kifayət qədər təmasda olmayan uşaq uyğun geriliyə məhkumdur.
Bu uşaqla xüsusi şəkildə məşğul olub, onun süstləşmiş hisslərini hərəkətə gətirilsə, mövcud gerilik qısa bir müddətdə aradan qalxar.

Övlad başqa uşaqlarla müqayisə edilməməlidir. Valideynin narahatlığını öz geriliyi ilə əlaqələndirən uşaq daha da tormozlanır. Narahatlıq uşağa bildirilməməlidir. Sadəcə, onun süstləşmiş hisslərini sevgi dolu rəftarla oyadılmalıdır.

Uşağın rəftarındakı hər kiçik nöqsana görə onu xəstə hesab etmək olmaz. Bu nöqsan yalnız davamlı şəkil aldıqda narahat olmağa dəyər. Əgər uşaq mütəmadi şəkildə yuxuda qorxursa, yatağını isladırsa həkimə müraciət edilməlidir. Ümumiyyətlə, valideyni uşaqdakı hansısa xüsusiyyət tez-tez narahat edirsə, bu xüsusiyyəti hansısa xəstəliyin əlaməti kimi yozmaq olar. Bu əlamətlər məktəb yaşınadək uşaqlarda çox çətin sezilir. Uşağın kobudluğundan narahat olduğunuz kimi, onun ifrat sakitliyindən də narahat olun. Ədəbli hesab edilən bir çox uşaqlar hansısa xəstəlikdən əziyyət çəkənlərdir. İfrat sakitlik bəzən insanı ağlasığmaz cinayətlərə sövq edir. Belə uşaqlar hansısa səbəblərdən uzun müddət qəzəbini udur və bir gün bu qəzəb partlayaraq, böyük faciələrə səbəb olur.

Əgər sadalanan əlamətlər uşaqda varsa, hansı səbəb əsas götürülməlidir?

İlk əvvəl uşağın mərkəzi sinir sistemini müayinədən keçirilməlidir. Diaqnozun dəqiqliyi üçün peşəkar psixoloqa müraciət edilməlidir. Bəzən uşağın rəftarındakı nöqsanlar ailə ixtilafları ilə bağlı olur. Ailə yeni mənzilə köçdükdə vərdiş verdiyi mühitdən, köhnə dostlarından ayrılan uşaq nigarançılıqlarla üzləşə bilər. Bəzən isə uşağın narahatçılıqları kiminsə onu qorxutması ilə bağlı olur. Yaxınların ölümü, valideynin sərt rəftarı, ata-ana arasındakı dava-dalaşlar həyatda və ya televiziyada gördüyü qorxulu səhnələr və bu kimi başqa hadisələr uşağın rahatlığını pozur və rəftarda nöqsanlar müşayiət olunur. Hələ məktəb yaşına çatmamış belə uşaqlarla münasibət qurmaq çox çətin olur. Onlar özünü köməksiz və tənha hiss edirlər. Bununla belə, problemin qarşısını almaq üçün valideynin müstəsna təsiri əvəz edilməzdir.

Xəyal Şükür

faktxeber.com


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1334 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]