Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Uşaq və Qorxu-3
2012-11-20, 9:39 AM | |
5- Əgər maraqsızlığınız nəticəsni və ya başqa səbəblərdən ötəri uşağınız qorxaq biri olsa, məsələni olduqca ciddi qarşılayın və onu bu vəziyyətdən qurtarmaq üçün lazım olan səyi sərf edin. Onun ruhunu rahatlaşdırmaq üçün lazımlı tədbirləri alın. Əlbəttə, uşaqlar bəzi hadisələrin gerçək səbəblərini bilsələr bu qorxuların bəziləri özbaşına yox olar. Amma uşağın qorxusunu müalicə etmənin yolu, onu qınamaq, onunla lağ etmək vs. əzici hərəkətlər deyil. Bu kimi davranışların, uşağın qorxusunu müalicə etmədə heç bir faydası olmayacağı kimi onun həssas ruhunu narahat etməsi də mümkündür. Qorxduğu üçün onun bir günahı yox. O qorxmaq istəməzdi. Siz və başqa səbəblər onun qorxmasına səbəb olmuşdur. Elə isə niyə onu günahlandırırsınız? Diqqət və səbir ilə onun qorxmasına yolaçan faktorları tapıb lazımlı tədbirləri alın. Əgər cindən və nəhəngdən qorxursa çox yumşaq bir şəkildə nəhəngin, qorxunc varlığın vs. şeylərin yalan və uydurma olduğunu, belə varlıqların qətiliklə olmadığını və cinin isə insana heç bir zərəri olmadığını ona izah edin. Bir müddət uşağın yanında bu kimi şeylərdən bəhs etməyin və beləliklə yavaş yavaş ağılından çıxması üçün lazım olan səyi nümayişin. Əgər zərərsiz heyvanlardan qorxursa, ona bu heyvanların heç bir zərəri olmadığını əməli olaraq isbat edin . O heyvanlara yaxınlaşın və toxunun və ya əlinizə alaraq uşağın yavaş yavaş o heyvanlara qarşı qorxusunu aradan qaldırmağa çalışın. Əgər qaranlıqdan qorxursa bir müddət onu az işıqlı yerlərə alışdırın. Beləcə zamanla qaranlığa qarşı olan həssaslığı yox olar. Uşağın yanında olduğunuz halda çox qısa bir müddət üçün lampanı söndürün. Daha sonra zamanla lampanı söndürmə müddətini yavaş yavaş artırın. Bir müddət keçdikdən sonra bu işi, uşaqdan bir az uzaqda olduğunuz halda edin. Səbir və dözüm göstərərək bu işi uşaq qorxusunu məğlub edib artıq qaranlıq bir yerdə tək qalmaqdan qorxmayıncaya qədər edin. Amma hər şeyə baxmayaraq onu təhdid etməkdən, falaqqaya yatırtmaqdan və qısacası şiddətə müraciət etməkdən çəkinin. Çünki, şiddət vasitəsi ilə ondakı qorxunu yox edə bilməyəcəyiniz kimi vəziyyətinin daha pis olmasına da səbəb olabilirsinzi. Uşağı qorxduğu şeylərlə qarşı-qarşıya buraxmaq onun iztirab və qorxusunu artıracağı kimi sinirlərinə də çox təhlükəli zərbələr endirə bilər. Əgər həkim və iynədən qorxursa ona yumşaq bir dillə xəstə olduğunu, yaxşılaşmasının dərmanlarını istifadə etməsinə və iynə vurulmasına bağlı olduğunu izah edin. Ona, başqalarına da iynə edildiyi halda qışqırıb, çağırmadıqlarını nümayişin. Beləcə, həkim və iynəyə qarşı olan qorxusunu yox etmək üçün uşağı onlarla tanış edin. Zəruri olmadığı müddətcə onu məcbur et və ya təhdid edərək iynə etdirməyə məcbur etməyin. Çünki bunun uşaq üzərində pis nəticələri ola bilər. tebyan | |
Views: 778 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |