Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Uşağı Hedefdar Yetişdirmək
2013-05-13, 5:14 AM | |
Uşağı Hedefdar Yetişdirmək Heyvanın ağılı və şüuru yoxdur. Yaxşı və pisi ayırd edə bilməz. Bu səbəbdən, onun haqqında mükəlləfiyyət, hesab-kitab, savab və cəza da söz mövzusu deyil. Amma varlıqların ən üstünü olan insan, bir heyvan deyil. İnsanın ağılı və şüuru var, şüurludur. Yaxşı və pisi, çirkin və gözəli ayırd edə bilir. İnsan, əbədi həyat üçün yaradılmışdır, yox olub getmək üçün deyil. Bu səbəbdən, məsul və mükəlləfdir. Allahın xəlifəsi və əmanətçisidir. İnsanın həyatı yemək, yatmaq, şəhvət güdmək, törəmək və s. işlərlə yekunlaşdırıla bilməz. İnsan, mələklərdən belə daha üstün olacaq bir istiqamətdə hərəkət etməlidir. O insandır, bu səbəbdən insanlığını öyrədib mükəmməlləşdirməlidir. İnsanın həyatında bir hədəfi var; uca insani hədəfdir, alçaq heyvani hədəf deyil. İnsan Allahın razılığı və Allah qullarına xidmət etmək üçün işləyib səy göstərər, keçici dünyəvi mənfəətlər üçün deyil. İnsan, haqqı axtaran və haqqı izləyəndir. Bəli, insanın varlığı, digər heyvanlara qarşı çox xüsusiyyəti olan qiymətli bir cövhərdir. Çox təəssüf ki, insanlardan bir çoxu qiymətsiz insani şəxsiyyətlərini itirmiş olub, bir heyvan kimi həyatlarını boşa keçirirlər. Və heyvanlar kimi yemək, yatmaq və şəhvət güdməkdən başqa bir hədəfləri yoxdur. İnsan yüz il yaşamasına baxmayaraq öz insani dəyərinin fərqinə varmayaraq, özünə qarşı cahil olaraq ölə bilər. Dünyaya heyvan gəlib, heyvan gedə bilər. Hədəfsiz və başı boş ola bilər. Və bütün səylərindən bədbəxtlikdən başqa bir nəticə almaya bilər. İnsan kim olduğunu, haradan gəldiyini, hara getməkdə olduğunu, dünyaya gəlməsinin hədəfinin nə olduğunu, hansı istiqamətdə hərəkət etməsi lazım olduğunu, gerçək kamal və səadətinin nə olduğunu bilmək məcburiyyətindədir. Hz. Əli (ə.s) buyurmuşdur ki: "Bacarıqların ən üstünü insanın özünü tanımasıdır və ən böyük cahillik isə insanın özünü tanımamasıdır." (1) Başqa bir yerdə də belə buyurar: "Özünü tanımayan kimsə qurtuluş yolundan uzaqlaşaraq cəhalət və pozğunluq yoluna girər." (2) Yenə buyurur ki: "Allah qatında insanların ən pisi, həyatında mədəsini və şəhvət motivini doyurmaqdan başqa hədəfi olmayan kimsədir." (3) Başqa bir hədisdə isə belə buyurmaqdadır: "Axirət səadətini hədəf əldə edən kimsə ən üstün yaxşılıqlara qovuşar." (4) Özünü tanıma və hədəfli olmağı uşağa, ana-atası öyrətməlidir. Onlar tədricən uşaqlarını yetişdirə bilər, hədəfli və özünü tanıyan biri olaraq öyrədə bilərlər. Yavaş yavaş uca insanlıq mövqesini uşaqlarına açıqlayıb onları həyatın hədəfinə yönəldə bilərlər. Uşaq ana-atasının köməyiylə, kim olduğunu, harada olduğunu, haradan gəldiyini, gəlməsinin səbəb və hədəfinin nə olduğunu, sonunda hara gedəcəyini, bu dünyada vəzifə və məsuliyyətinin nə olduğunu, hansı hədəf və proqramı izləməsi lazım olduğunu, səadətinin və bədbəxtliyinin nədə olduğunu anlamalıdır? Ana və ata özlərini tanımış olub həyat fəlsəfəsini anlasa və öz məsuliyyətlərinə vəqf olsalar özünü tanıyan və hədəfli insanlar yetişdirə bilərlər. Ayetullah İbrahim əmini tebyan | |
Views: 886 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |