Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
RUZİNİN ARTMA SƏBƏBLƏRİ
2012-11-28, 3:53 AM | |
Quranda və rəvayətlərdə ruzinin artmasının bəzi səbəbləri müşahidə olunur. Hansı ki, bu səbəblər ruzinin artmasından əlavə, ailə və cəmiyyətin əxlaqi tərəqqisinə də təkan verir. Həzrət Əli (ə) buyurur: «Ruzi xəzinələri gözəl əxlaqdadır»;("Bihar" c.77, səh.389) «İşləri çətinləşdirmək əxlaqı məhv edir, asanlanlaşdırmaq isə ruzini çoxaldır»;("Mizanül-hikmə" c.4, səh.117) «Mömin qardaşına kömək etmək ruzini çoxaldır»;("Bihar" c.74, səh.395) «Sədəqə verməklə ruzini öz üzərinizə yağdırın»;("Bihar" c.78, səh.60) «Əmanətdarlıq ruzini artırır».("Bihar" c.75, səh.172) İmam Sadiq (ə) buyurur: «Ailəsi ilə yaxşı davranan şəxsin ruzisi artar»;("Bihar" c.75, səh.21) «Niyyəti gözəl olanın ruzisi artır»;("Bihar" c.69, səh.407) «Yaxşılıq ruzini çoxaldır»;("Bihar" c.74, səh.81) «Gözəl əxlaq ruzini artırır».("Bihar" c.71, səh.396) Həzrət Baqir (ə) buyurur: «(Mömin) Qardaşların üçün dua et. Həqiqətən, bu iş ruzini artırır»;("Bihar" c.76, səh.60) «Zəkat ruzini artırır».("Bihar" c.66, səh.15) | |
Views: 933 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |