Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ər-arvadın mirası
2012-11-18, 6:35 AM | |
Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da, (bunlara veriləcək) hissə müəyyən edilmişdir. ("Nisa" surəsi, ayə 7) *Əgər dünyasını dəyişən qadın övladsız olarsa, malın yarısını ərinə, qalan hissəsi isə vərəsələrinə qalır. * Əgər dünyasını dəyişən qadının ərindən və ya başqa ərindən övladı olarsa, malın dörddəbirini ərinə, qalan hissəsi isə vərəsələrinə qalır. * Əgər kişi övladsız olarsa, malın dörddəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır. * Əgər dünyasını dəyişən kişinin həyat oldaşından və ya başqa həyat yoldaşından övladı olarsa, malının səkkizdəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır. * Dünyasını dəyişən ərin daşınan əmlakı həyat yoldaşına miras qalır. Ərinin torpaq sahəsi və onun qiyməti isə qadına miras qalmır. Qadının ərinəməxsus torpaq sahəsində inşa olunan ev ona miras qalmasa da, evin qiymətinin varisi ola bilər. * Qadının ona miras qalmayan şeylərindən istifadə etmək istədikdə ərinin vərəsələrindən icazə alır. Eyni zamanda, vərəsələr onun payını vermədikləri müddətdə onun qiymətinə varis olduğu bina və s. kimi şeylərdən qadının icazəsi olmadan istifadə edə bilməzlər. * Vərəsələr qadının payına düşənləri satsalar, qadının icazəsi ilə aparılan müamilə düzgün verilmədikdə onun malı miqdarında olanı batildir. *Bina, torpaq kimi daşınmaz əmlaka qiymət qoyarkən istifadəyə yararlı olana qədər malik olduğu dəyərlə qiymətləndirilib qadının payı verilməlidir. *Dünyasını dəyişən kişinin bir neçə heyat yoldaşı olarsa, amma onlardan övladı olmazsa, onlara malın dörddəbiri, övladı olduqda isə səkkizdəbiri çatır. Kişi onlardan bəzisi və ya heç biri ilə yaxınlıq etməsə də, malı onların arasında bərabər bölünür. * Olüm ayağında olan kişi qadını öz kəbininə bağlayıb onunla yaxınlıq etmədən dünyasını dəyişdikdə də qadın ondan irs aparmır və bunla yanaşı, mehriyyə haqqınada malik olmur. * Qadın xəstə vəziyyətdə ərə gedib həmin xəstəlikdən dünyasını dəişdikdə və əri onunla yaxınlıq etmədikdə də ondan irs aparır. * Kişi xəstə vəziyyətdə olan təyat yoldaşına talaq verib 12 qəməri ayı keçməzdən əvvəl dünyasını dəyişərsə, həyat yoldaşı ondan üç halda irs aparır: bu müddət ərzində başqasına ərə getmədikdə;əri ilə yaşamağa meyilli olmaması üzündən talaq verməyə razı salmaq üçün əri ona bir şey vermədikdə; əri həyat yoldaşına verdiyi vaxtdakı xəstəliklə və ya başqa səbəblər üzündən dünyasını dəyişmiş olduqda. Belə olduqda kişinin həyat yoldaşı onun varisi olmur. "Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və sözlərlə könüllərini alın" ("Nisa" surəsi, ayə 8). | |
Views: 755 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |