Bazar günü, 2024-12-22, 3:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

QURAN BAXIMINDAN QADININ MƏHRƏMLƏRİ
2012-12-04, 7:31 AM
QURAN BAXIMINDAN QADININ MƏHRƏMLƏRİ
Hidayət və səadət qaynağı, dünya və axirət xeyrinin qarantı olan Allah kitabı qadına məhrəm olanları bir ayədə tanıtdırır. Bununla da qadınlara kimin qarşısında azad, kimin qarşısında isə zinətlərini örtməli olduqlarını aydınlaşdırır: «…Öz-özlüyündə görünən (əl, üz istisna olmaqla) zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.) naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi olmayan xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək əşyalarını göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız»("Nur" 31).
Müsəlman qadınlar, Məhəmməd (s) ümmətinin qızları öz dünya və axirət mənfəətlərinə görə Haqq göstərişlərinə boyun əyməli, qeyrətli kişilər isə, İslam örtüyü ilə öz namuslarını həva-həvəs kölələrinin təcavüzündən qorumalıdırlar. Onlar öz xanımlarının yalnız onlara məxsusluğunu və digərlərinin onların gözəlliyindən ləzzət almalarının qeyrətsizlik olduğunu bilməlidirlər.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]