Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Quran Baxımından Boşanma Məsələsi
2012-11-20, 7:31 AM | |
Əgər qadın və kişi başqalarının müdaxiləsi olmadan öz problemlərini həll edə bilər və ayrılıq səbəblərini ortadan qaldıra bilsələr nə gözəl. Əks halda buna gücləri çatmazsa, təmkinli, səbirli, iti fikirli və dindar bir adam kişinin ailəsindən və bir adam da qadının ailəsindən iki adam bir iclas tənzimləməli və beləcə işin boşanmaya çatmasına mane olmalıdırlar. "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır. "[714] "Boşanma iki dəfə (olar). Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır."[715] "Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət ver-mək üçün nazil etdiyi Kitab və hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir."[716] Gördüyünüz kimi boşanma məsələsinin yanında, Allahı Təala insanı nemətlərə, Qurana, hikmətə və özünün sonsuz elminə diqqət etdirir. Beləcə də bu mövzuda insaf və ədalətin bütün ölçüləriylə həyata keçirilməsini təmin etməkdədir. Şübhəsiz əgər ailələr, Allaha və qiyamətə iman içində olar, gözəl əxlaq və saleh əməl ilə bəzənsə, onlar arasında boşanma deyə bir şey olmaz. Qadın və kişi, barış, səfa və söhbət dolu həyatdan nəsib əldə edərlər. Üstü başı dağınıqlıq, zəiflik, tənbəllik və narkotik vərdişi, təhsilini tərk etmək, İslam ümmətinin bir çox uşaqlarının pozulması, ana və atalarının ixtilafına və nəticədə də boşanmasına dözməyə məcburdurlar. Kişi, zülm etməməli, qadının haqqına riayət etməli, verdiyi sözlərə bağlı olmalı, qadın və uşaqları barəsində insani və İslami qaidələri həyata keçirməli, qadın da ərinə, evinə və uşaqlarına baxmaqda olması lazım olduğu kimi olmalıdır ki, Allahın ən çox nifrət etdiyi cırıcı bir canavar və ailə ocağını söndürən bir atəş mövqesindəki bir atəş ortaya çıxmasın. Şübhəsiz boşanmada günahkar olan kimsə, qiyamət günü şiddətli bir hesaba çəkiləcək. O halda boşanmanın rəqəmlərini ən/en üzv sadələşdirməyə çalışaq. Haram baxışdan, günahdan, zülmdən, bir-birinə zülm etməkdən əl çəkək ki boşanma deyə bir şey olmasın. Ölkənin ədli mövqeləri, əxlaqi məsələlərlə əlaqədar və boşanmanın çirkin bir iş olduğu barəsində bir kitabça hazırlamalıdır və boşanmaq üçün oraya müraciət edənlərə verməlidir. Beləcə onlar bu kitabças(n)ı oxuduqları təqdirdə bəlkə də bir daha müraciət etməyəcəklər, həyatlarını nizama soxacaqlar. Beləcə dul qadın və kişilər, cəmiyyətə girərək, onların imanı zəif olanlarını fəsada, pozğunluğa və çirkliliyə itələməyəcəklər. [714]- Nisa, 35 [715]- Bəqərə, 229 [716]- Bəqərə, 231 İslamda ailə nizamı | |
Views: 684 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |