Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
QURAN
2012-11-27, 8:08 AM | |
Quran ilahi kitab, hidayət nuru, daha ideal həyata gedən yolun bələdçisi, işləri tənzimləyən, düzgün yol, haqqı batildən ayıran və ulu Tanrının yer üzərindəki höccətidir. Kişi və qadın bu misilsiz nemət qarşısında məsuliyyət daşıyırlar. Onların məsulliyyəti onu öyrənmək və həyatın bütün sahələrində ona əməl etməkdir. Allahın kitabına qarşı etinasız olmaq olduqca böyük bir günahdır. Quran Haqqın öz bəndəsinə göndərdiyi bir məktubdur. Bəndənin bu məktuba cavab verməsi vacibdir. Bu cavab qəlb baxımından haqq əqidəyə tapınmaq, nəfs baxımından əxlaqi keyfiyyətlərlə bəzənmək, cism baxımından isə saleh əmələ qarşı addımlamaqdır. Həzrət Peyğəmbər (s) buyurur: «Fitnələr qaranlıq gecə kimi sizə hücum etdikdə Qurana sığının və bu hücum səflərini Qurana əməl etməklə sındırın. Həyatınızın fitnələrin hakimiyyəti altına düşməsinə imkan verməyin. Quran şəfaəti qəbul olunan şəfaətçi və şikayəti qəbul olunan şikayətçidir. Quranı rəhbər tutaraq ona əməl edən şəxs behiştə nail olar. Ona qarşı etinasız olan şəxsin yolu isə cəhənnəmə tərəfdir. Quran ən gözəl yol bələdçisidir.»(Bihar, 92-ci cild, səh-17.) Məsumların Quran haqqında buyurduqlarına nəzər salaq: İmam Sadiq (ə) buyurur: «Quranla haqqı tapmayan şəxs fitnədən kənar deyil»;(Mizanül-hikmə, 8-ci cild, səh. 67-69.) «Yaxş olar ki, mömin dünyadan köçməmiş Quranı öyrənsin, yaxud öyrətməkdə olsun».(Bihar, 92-ci cild, səh-19) Əmirəl-möminin (ə) buyurur: «Quran ən yaxşı zikrdir. Quranla sinələr (Haqqa) açılır və insanın daxili aləmi nuraniləşir»;(Mizanül-hikmə, 8-ci cild, səh. 67-69.) «Həqiqətən, Quran ən gözəl hekayət, ən bəlağətli öyüd-nəsihət və ən faydalı təlimdir»;(Həmən mənbə.)«Həqiqətən, Quran küfr, nifaq və azğınlıq kimi ən böyük dərdlərin dərmanıdır».(Nəhcül-bəlağə, xütbə-176.) Rəsulullah (s) buyurur: «Quran misilsiz sərvətdir. Ona yiyələndikdən sonra heç bir yoxsulluq qalmaz»;(Bihar, 92-ci cild, səh-19)«Sizin ən yaxşınız Quranı öyrənən və öyrədən şəxsdir». Olduqca mühüm olan bu rəvayətlərə nəzər saldıqda, ailə başçısının ağır məsuliyyəti aydınlaşır. Ailə başçısı öncə Quranı öyrənməli, həyat yoldaşının və övladlarının öyrənməsinə şərait yaratmalı, sonra isə ona əməl etməklə, ailəni aludəçiliklərdən kənarlaşdırıb, onları əxlaqi keyfiyyətlərə tərəf yönəltməlidir. Bu zaman onun evi və ailəsi behiştin bir nümunəsinə çevriləcəkdir. Hansı ki, onda zülm və ədavətdən əsər-əlamət yoxdur. Quran təqvadan bəhrələnərək əmin-amanlıq, sədaqət və doğruluqla doludur. Belə ki, bu evdə məskunlaşan insanlar Quran əhlidir və Quranın bərəkəti sayəsində fikir baxımından böyük tərəqqiyyə nail olmuşlar. | |
Views: 499 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |