Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
QİYAMƏT ƏZABI
2012-12-04, 7:09 AM | |
Sabahın odu, cəhalətin törətdikləri fəsadın, əxlaqi azğınlıqların alovlandırdığı bir oddur. Allah-təala istədiyi adama məcburi şəkildə əzab vermir. Qarşılaşacağımız əzab od şəklində zühur edən qeyri-insani keyfiyyətlərimiz, əxlaqi azğınlıqlarımızdır. Əgər günah, küfr, Haqqa qarşı inad olmasaydı, bərzəx, qiyamət əzabı da olmayacaqdı. «Kumeyl duası»nda deyilir: «(İlahi!) Tam əminəm ki, kafirlərə, inadçılara, düşmənlərinə əzab verəcəyini buyurmasaydın, cəhənnəm atəşini tamamilə söndürərdin və heç bir şəxsə əzab verməzdin. Amma Sən and içmisən ki, cəhənnəmi kafirlərlə, naşükürlərlə dolduracaqsan». Buna əsasən, camaat günaha bulaşmaqla özü üçün od hazırlayır. Mehriban, bağışlayan, insanların rahat yaşaması üçün hər bir şəraiti yaradan Tanrı heç bir şəxsə əzab verməz. Hər halda qadın və kişilər əxlaqın, imanın köməyi ilə özləri, övladları, qohumları üçün diqqətəlayiq, əmniyyət dolu şərait yaratmalı və bunun vasitəsilə dünya və axirət səadətini əldə etməlidirlər. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dünya axirətin tarlasıdır». İmam Baqir (ə) buyurmuşdur: «Dünya təqva əhli üçün gözəl bir mənzildir».("Bihar" c.73, səh.107) Təqva əhli dünyanın hər bir şeyindən axirət üçün istifadə edir. Öz dünyası ilə axirətini abadlaşdırır. Dünyada xoşbəxt yaşayır, axirətdə isə ondan da xoşbəxt bir həyat sürür. Bənzərsiz İslam şəxsiyyətlərdən olan Abdullah ibni Yəfur deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Biz dünya aşiqiyik». Həzrət buyurdu: «Dünya nəyinizə lazımdır?». Dedim: «Ondan ailə qurmaq, həcc, qadın və uşaqlarımız, mömin qardaşlarımız və sədəqə vermək üçün istifadə edirik». İmam (ə) buyurdu: «Bunlar dünyadan deyil, axirətdən sayılırlar». Diqqət yetirin, iman əhli ticarətlə, əkinlə gəlir əldə edir, ailə qurur, camaatın problemlərinin həllinə çalışır, gözəl həyat sürür, ziyarət səfərlərinə gedir, sədəqə verir, bir sözlə, əmniyyət dolu, sağlam bir şəraitdə yaşayır. Onun ardınca isə daha gözəl, daha yaxşı axirətdən bəhrələnir. Kaş bütün ailələr belə əmniyyət dolu, sağlam həyat sürəydilər! Kaş ailələrə əxlaq, iman hakim olaydı! İmam Sadiq (ə) bir rəvayətdə həqiqi möminin bütün xüsusiyyətlərini açıq şəkildə buyurur. Həmin rəvayətlərin bir hissəsi belədir: «Hamı mömin tərəfdən əmniyyətdədir. Lakin mömin bu əmniyyəti yaratmaq üçün böyük zəhmətə qatlaşır».("Bihar" c.78, səh.37) | |
Views: 700 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |