Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
QARŞILIQLI ANLAŞMANIN TƏSİRİ
2012-11-30, 8:01 PM | |
Ailədəki mənəviyyat, ləzzət və şirinlik ailə üzvlərinin bir-biri ilə keçinərək qarşılıqlı anlaşması sayəsindədir. Əgər ailə üzvləri bir-birini düşünüb yola gedərlərsə ailədəki nəzm və nizamın möhkəm olacağına şübhə ola bilməz. Sünnülərin rəhbərlərindən biri olan Əhməd ibni Hənbəl özünün tanınmış "Müsnəd” kitabında Ayişənin dilindən belə nəql edir: "Bir gün Allahın Rəsulu mənim evimdə idi, Onun arvadı Səfiyyə bişirdiyi xörəkdən həzrət üçün yolladı. Xörək gətirən kənizi görcək bədənim əsməyə başladı və ixtiyarsız xörək qabını onun əlindən alıb yerə çırpdım. Peyğəmbərin gözlərinin mənə dikildiyini gördükdə bu rəftarımın qəzəb və nifrət cizgilərini onun simasında müşahidə etdim. Allah Rəsulunun qəzəbindən o həzrətə pənah apardım və dedim: Ümidvaram ki, mənə qarğış etməyəsiniz. Peyğəmbər buyurdu: Ayişə, tövbə et! Bu əməlimi necə düzəldim?-deyə o həzrətdən soruşdum. Həzrət buyurdu: Səfiyyənin bişirdiyi xörək kimi, xörək bişir və onun qabına oxşar bir qab alıb həmin xörəkdən onun üçün göndər. Belə və buna bənzər hallarda Allah Peyğəmbəri (səlləllahu əleyhi və alih) ürək genişliyi və alicənablıq göstərərək səy edirdi ki, çətinliklərə məhəbbət və düşüncə ilə yanaşaraq onları razılıqla aradan qaldırsın. Həzrət Quran buyuruğuna arxalanaraq onlara həmişə nəsihət edirdi. Biz də öz sevimli peyğəmbərimizin yolunu davam edərək səhvləri görən zaman özümüzü görməməzliyə vurub lazım olan surətdə tam ədəblə nəsihəti və ürəkyanğısını ifadə edən sözləri xatırladaq. İxtilaf və səhvi gördüyümüz zaman dad-fəryad edib, kötək və acı dildən uzaq olaq. Məsum və pak Əhli beytin (əleyhissalam) rəftar və hədislərindən istifadə edərək ibrət dərsi alaq, bir-birimizi moizə edək, o böyük şəxsiyyətlərin başdan-başa nəsihətamiz yaşayışını ülgü götürək və onların qızıl tək sözlərini xatırlayaraq heç vaxt unutmayaq. BİR NEÇƏ HƏDİS Mövzunun mühüm olmasıyla əlaqədar məsum İmamlarımızdan (əleyhissalam) bir neçə nümunəvi hədisi qeyd etmək yerinə düşərdi. Məsumlar (əleyhissalam) buyururlar: "Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını əsəbiləşdirsə və ya onu qəzəbli halda görsə, ona "mənim əlim sənin əlindədir və təkcə sənə təsliməm” söyləsin. Eləcə də buyurublar: "Əgər bir qadın, əri ondan razı olmadığı halda yuxuya getsə, Allah məlaikələri sübhə qədər ona lənət edərlər.” Kişinin belə hədisləri təbəssüm, aramlıq və mülayim halda, əsəbiləşmədən həyat yoldaşı üçün oxuya bilməsi çox yaxşı və müsbət təsirə malik bir hərəkətdir. GÖZƏL ƏXLAQ Kişinin müxtəlif növ ixtilaf və çətinliklərin əmələ gəlməsində təqsiri olmasa belə, yoldaşı ilə pis və tündlüklə rəftar etməyə haqqı yoxdur. Ər və arvadın isti ailə ocağını, uşaqların ilk təlim-tərbiyə məktəbini soyutmağa haqları yoxdur. İslam tarixində oxuyuruq: Allah Rəsulunun (səlləllahu əleyhi və alih) səhabələrindən (dostlarından) biri dünyadan köçdüyü zaman Həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən ölənin anası üzünü qəbrə sarı tutub deyir "Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən”. Anası qəbrin üstündən çəkilən zaman, Peyğəmbər (səlləllahu əleyhi və alih) üzünü səhabələrə tutub buyurur: "Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu.” Səhabələr soruşdular: "Ya Peyğəmbər, o ki yaxşı adam idi!” Həzrət buyurdu: "Bəli, amma evdəki rəftarı pis idi.” Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə problemləri öz həllini tapar, həm də ilk qəbir gecəsində rahat olar və Allah-Taala Qiyamət günü onu bağışlayar. İnşaallah! HÜSNÜ-NİYYƏTLİ OLMAQ Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də, insanın cəmiyyət və ailədə mənfi baxışlı olmaması və bütün məsələlərə hüsnü-niyyətlə yanaşmasıdır. Mənfi baxışlı olmaq insanda kin, qüssə, qeybət və şayiələrin yaranmasına bais olur. Mənfi nəzərli adamlar Qiyamət günü məhşər səhnəsinə milçək şəklində daxil olacaqlar, çünki dünyada milçək kimi həmişə çirkinlik, eyb, nöqsan və iyrənc işlər ardıncadırlar. Buna görə də dost və həmkarların yaxşılıqlarını, ələlxüsus ailənin yaxşı cəhətlərini nəzərə alaraq zəif nöqtələrinə göz yummalıyıq. Həzrət İsa (əleyhissalam) bir gün öz səhabələrindən bir neçəsi ilə yol gedirdilər ki, murdar olmuş bir keçi ilə rastlaşdılar. Səhabələrdən hər biri o heyvanın bir eybini sadalamağa başladılar, amma Həzrət İsa (əleyhissalam) "Bu murdar olmuş heyvanın nə qəşəng ağ dişləri vardır!”-deyə onların eybləri sadalamaqlarının qarşısını aldı. Allah peyğəmbərinin bu rəfarı bizə başqalarının eybini axtarmamağı, hətta bir murdarın belə cəsədində müsbət bir nöqtəni görməyi öyrədir. | |
Views: 684 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |