Bazar günü, 2024-12-22, 8:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Qadının əxlaqi öhdəlikləri
2012-11-18, 6:45 AM
Qadının əxlaqi öhdəlikləri
 
Ərinə sadiq olan hər bir müsəlman qadın istər evdə, istərsədə kənarda ərinin şəxsiyyətinə xələl gətirəcək hər hansı bir işə səbəb olmamalıdır. İslama görə, qadın yalnız ərinin diqqətini cəlb etmək məqsədilə kosmetik vasitılərdən, cəlbedici vasitələrdən istifadə edə, cazibəli geyinə bilər.
Başqalarına xatir bəzənmək, cəlbedici vasitələrdəm istifadə etmək, diqqəti cəlbedəcək tərzdə yol getmək və ya danışmaq islama görə, haram və böyük günahlardandır.


Qadının öhdəlikləri

İslam qadına heç bir din və ideoloji məktəbin vermədiyi azadlıgı verir. Uşaq dünyaya gətirən anaya ərindən süd anası tutmaqdan tutmuş, hərtərəfli təminata qedər. Lakin bütün bu ixtiyarları ona verən Allah onun mənəviyyatında ərə sədaqət adlı bir hiss də qərar vermişdir. Hələ İslamdan çox-çox əvvəl Ümamə adlı bədəvi ərəb qadını öz qızına bu nəsihətləri edir: Qızım, əgər bir qız ata-anasının sərvətindən savayı bir şeyə ehtiyac duymasaydı, sən hamıdan çoz ehtiyacsız olardın. Amma bu belə deyil. Kişilər bizim ücün yaradıldıqları kimi, biz də onlar ücün yaradılmışıq. Tezliklə ata evindən köçüb bu vaxta qədər ünsiyyətdə olmadıgın birinin evinə köçəcəksən. Sənə on mühüm sey tövsiyyə edəcəyəm, onları qulagında sırga et və heç vaxt unutma.

1. Sənə yemək-içmək üçün gətirdiyi hər şeyə qane olub qenaət et.

2. Sənə əmr etdiyi şeyləri yerinə yetirib qadagan etdiyi şeylərdən uzaq ol.

3. Evin içini və çölünü təmiz saxla.

4. Özünü bəzəyib xoş ətirlərdən istifadə et ki, ərinin gözündəbn düşməyəsən.

5. Yemək yediyi və yatdıgı vaxtlara diqqət et. Yeməyini və yatdıgını vaxtında hazır et. Süfrə başında oturt, yataqda özündən razı sal.

6. Ərinin malını qoru və heç vaxt israfçılıga yol vermə.

7. Etibarını qazanmalı yaxınlarına hörmətlə yanaşmalısan.

8. Onun gördüyü işlərə qarşı cıxma.

9. Sirrini ifşa etmə. Ona qarşı çıxsan sənə qarşı kin saxlayar, sirrini ifşa etsən-əziyyət və cəfadan qurtara bilməzsən.

10. Ərin kədərli ikən sən şad olma, şad oldugu zaman da sən kədərli olma.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 766 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]