Bazar günü, 2024-12-22, 9:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Qadının ailə qurması və atanın icazəsi
2012-11-16, 9:22 AM
Qadının ailə qurması və atanın icazəsi


Bəzi insanlar qızın ailə qurmasında atanın icazə verməsini qadın azadlığının məhdudiyyəti kimi qiymətləndirmişlər. Halbuki:

Birinci: Fəqihlər arasında bu sahədə fikir ayrılıqları mövcuddur. Belə ki, fəqihlərin bəzisi, xüsusilə də yeni fəqihlər nikahda atanın icazəsi və izninin lazım olmadığını bildirirlər.

İkinci: Atanın icazəsi şərtini bildirən fəqihlər bunun yalnız bakirə qızlara aid olduğunu bildirirlər. Həmçinin atanın izninin şərt olmasını bildirən şəxslər atanın icazəsi olmadan evlilik həyata keçdiyi təqdirdə belə, bu nikahı batil və səhv bilmirlər.

Üçüncü: Qızların ailə həyatı qurmaq məqsədilə atalarından icazə almalarının lazım və yaxud bəyənilən olmasının fəlsəfəsi, qadınların ictimai inkişafdan geri qalmaları mənasını daşımır. Əgər belə olsaydı, dul qadın da atasından icazə alardı. Halbuki, dul qadının ailə qurması üçün atadan icazə alması lazım deyil.
Dördüncü: Atanın izni məsələsi psixoloji bir məsələdir. Bu bir tərəfdən kişilərin ovçuluq hissinə, digər tərəfdən isə qadının kişinin sədaqətinə tez inanıb aldanması məsələsinə qayıdır. Kişi şəhvətin quludur, qadın isə məhəbbətin. Kişi qadını eşq-məhəbbətdən, sədaqət və vəfadan söz açmaqla özünə əsir edir. Qız bakirə olduğu və kişilərlə heç vaxt təmasda olmadığından, onların eşq-məhəbbət barədəki sözlərinə daha tez aldanırlar. Belə olduqda təcrübəsiz qızlar kişilərin hisslərindən daha yaxşı baş çıxardan və demək olar ki, həmişə öz qızlarının səadət və xoşbəxtliyini istəyən atalarından məsləhət almalıdırlar. Çünki ataları ilə bu sahədə məsləhətləşmək və onların iznini almaq qızların öz xeyrinədir. Burada qanun heç vaxt qadına qarşı təhqirlə yanaşmamışdır, əksinə onu daha da dəstəkləmişdir.

Beşinci: Fəqihlər deyirlər: Bakirə qızın atasının izni və icazəsi olmadan ailə qurması düzgün olmadığı kimi, qızın və yaxud qadının da şəxsi icazəsi olmadan ərə verilməsi düzgün deyildir, onların tam olaraq icazəsi olmalıdır. Deməli, qadın onun üçün gəlmiş elçilərə "yox” deyərək, qəbul etməyə bilər və heç kim onu bu işə məcbur edə bilməz. Bu hökm adət-ənənələrlə də üst-üstə düşür.

Altıncı: Fəqihlər deyirlər: Əgər qızın sahibi (yəni atası) ona öz həqiqi həmtayı ilə ailə qurmağa icazə verməzsə, həmin şəxsin sahiblik və vəlilik öhdəliyi ondan götürülür. Deməli, qadın atası icazə verməsə belə, özünün düz bildiyi şəxslə ailə qura bilər. Çünki sahibin və vəlinin kim olduğu açıqlanarkən bildirilir ki, o, qızı üçün məsləhət bilinən məsələləri həyata keçirməlidir

WWW.KOVSER.AZ
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 861 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]