Bazar günü, 2024-12-22, 2:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

QADIN VƏ KİŞİ HÜQUQU
2012-12-12, 8:26 AM
QADIN VƏ KİŞİ HÜQUQU

Ötən səhifələrdə işarə olunduğu kimi, kişinin qadın üzərindəki haqqı təkcə ər-arvad münasibətlərində xülasə olunur. Bişirmək, yumaq və s. kimi camaat arasında məlum olan vəzifələr kişilərin haqqı deyil, qadınların əxlaqi vəzifələrindəndir. Buna misal olaraq İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) qızının izdivacının ilk günü təbrik demək üçün Həzrət Zəhra (salamullahi əleyha)-nın mənzilinə gedərək, ev işlərinin o iki böyük şəxsiyyətin arasında bölüşdürməsini qeyd etmək olar. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) o zaman Zəhraya belə buyurdu: "Zəhra can, evin daxili işləri: çörək bişirmək, arpa-buğda üyütmək, evi təmizləmək, uşaq saxlamaq və s. bu kimi işlər sənin, odun və su gətirib ev ləvazimatını, eləcə də mənzildə ehtiyac duyulan məişət əşyararı tədarük görmək və s. Əlinin öhdəsinədir.”
Sonra Həzrət Fatimeyi-Zəhra (salamullahi əleyha) bütün mömin qadınlara nümunə sayılacaq aşağıdakı cümləni söylədi:
"İşlərin bu cür bölünməsindən necə xoşhal
olduğumu Allahdan başqa heç kəs bilmir.”[Bu hədis azacıq fərq və əlavələrlə "Biharül-ənvar”ın 10-cu cildinin 24 və 25-ci səhifəsində gəlmişdir və yuxarıdakı cümlənin yerinə belə deyilib: "Allah Rəsulunun (s) məni evdən kənarda kişilərlə üz-üzə gəlməkdən azad etməsinə görə dünyalar qədər xoşhal oldum.” ]

HÜQUQ VƏ MƏHƏBBƏT

Kişi və qadın ər-arvad münasibətindən əlavə, bir-birinə ürək yandıran dosta çevrilməlidirlər. Əgər aralarında rəfaqət olmazsa iş çətinləşər. Ümumiyətlə, hər hansı bir yerdə, ələlxüsus ev mühitində əgər təkcə qanun hökm edərsə lazımlı nəticə hasil olmayacaqdır. Necə ki, təkcə məhəbbətin hakim olması nəticə vermir; qanun, məhəbbət və səfa-səmimiyyət birlikdə olmalıdır.
"Həqiqətən Allah (camaatı) ədalət və ehsana əmr edir.”
Qadın və kişi İslam qanunlarına riayət etməyə vəzifəli olduqları kimi, bir-birinə qarşı ürək yanan və dost sözünün əsil mənasında olmalıdırlar.

HƏMKARLIQ

Bir gün Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmirəl-mömininin (əleyhissalam) mənzilinə gəldikdə onu mərci təmizləyən halda görür və bu işdən çox xoşhal olub buyurur: "Ya Əli, ev işlərində arvadına kömək edən hər kəsə, həcci-ömrənin savabı nəsib olar.”

QADININ CİHADI

Bir gün bir qadın Peyğəmbər (səlləllahu əleyhi və alih)in hüzuruna gəlib dedi: İndidən qiyamətə kimi yer üzünə gələcək bütün qadınlar tərəfindən sizə bir sualım vardır: nə üçün siz qadın və kişi arasında fərq qoymusunuz?! Kişilər üçün bir sıra əməl və savablar buyurmuşsunuz ki, qadınlar o savablardan məhrumdurlar. Misal üçün Allah yolunda cihad etmək. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) buyurdu:
"Qadının cihadı öz əri üçün yaxşı arvad olmaqdır.”[Əmirəl-möminin Əli (əleyhissalam) buyurub: "Allah-Taala cihadı həm kişilər, həm də qadınlar üçün vacib etmişdir. Kişilərin cihadı Allah yolunda ölüm həddinə qədər can və mallarını fəda etmək, qadınların cihadı isə ərinə yaxşı qulluq etməkdir.” ("Vəsailüş-şiə”, 11-ci cild, səh.15) ]
Məhz buna görə də qadın evdə mümkün olan qədər ən ali tərzdə təmizliyə, yemək hazırlamağa, uşaqların tərbiyəsinə və həyat yoldaşına yaxşı qulluq etməyə məşğul olmalıdır ki, həmişə Allah yolunda cəbhənin ön cərgəsində cihad etmiş olsun.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 843 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]