Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
QƏZƏB
2012-11-20, 7:13 AM | |
Quranla yanaşı, rəvayətlər də bəşəriyyəti əsəbilik və qəzəbdən uzaq düşməyə çağırır və qəzəbi, insanı məhvə sürükləyən bir növ «dəlilik» adlandırırlar. Əli (ə) dahiyanə kəlamlarında bu məsələyə toxunaraq buyurur: «Qəzəb təhlükədir. Onu cilovlamazsansa, (səni) məhv edər»;("Mizanül-hikmə" c.7, səh.231) «Qəzəb ağıldan yüngül olanların miniyidir»;(Həmin mənbəə) «Qəzəb gizli kinləri (düşmənçilikləri) alovlandırır».(Həmin mənbəə) İmam Sadiq (ə) buyurur: «Qəzəb hər bir ziyanın açarıdır». Bəli, qəzəblənən şəxs hər bir xətaya yol verir. Qarşı tərəfin şəxsiyyətini təhqir edir, öz orqanizminə istənilən ziyanı vurur. Həzrət Peyğəmbər (s) buyurur: «Qəzəb şeytanın bir odudur».(Həmin mənbəə) Əli (ə) buyurur: «Qəzəb bir növ dəlilikdir. Həqiqətən, bu xislətə malik olan şəxs peşman olur. Peşman olmadıqda isə, onun bu dəliliyi güclənir»;(Həmin mənbəə, səh.232-233)) «Qəzəb ağılı məhv edir, insanı Haqdan uzaqlaşdırır»;(Həmin mənbəə) «Qəzəbini cilovlamayan şəxs bizdən deyil»;(Həmin mənbəə) «Şəhvəti və qəzəbinə məğlub olan şəxs heyvanlar sırasındadır».(Həmin mənbəə) Həzrət Baqir (ə) qəzəbi boğmaq haqqında buyurur: «Allah qiyamət günü qəzəbini üzə çıxara biləcəyi halda boğan şəxsin qəlbini iman və təskinliklə doldurar».("Kafi" c.2, səh.110) Əli (ə) buyurur: «Allah-təala öz qəzəbini cilovlayan şəxsin eybini örtər».("Mizanül-hikmə" c.7, səh.336) O həzrət vəfalı dostu Haris Həmədaniyə yazır: «Hirsini boğ, qütrətin olsa belə, əfv et. Əsəbini cilovla, gücün yetsə belə, digərlərinin qüsurlarını ört (gizli saxla). Əgər belə edərsənsə, aqibətin xeyir olar».(Həmin mənbəə) «Kafi», «Vəsail» və «Biharül-ənvar» kimi mötəbər kitablarda digərlərinə qarşı qəzəbi boğmağın mükafatının Haqqın qəzəbindən amanda qalaraq, rəhmətinə qovuşmaq olduğu qeyd olunmuşdur. Həzrət Məsihdən (ə) qəzəbin səbəbini soruşduqda buyurdu: «Qəzəbi törədən üç səbəb var: qürur, eqoistlik və digərlərini səviyyəsiz hesab etmək». Həzrət Peyğəmbərin (s) Əmirəl-möminin Əliyə (ə) ünvanladığı tövsiyələrdə oxuyuruq: «Qəzəblənmə, qəzəbləndikdə əyləş və Haqqın bəndələrini əhatə edən qüdrəti haqqında düşün. Qəzəbləndiyində sənə «Allahdan qorx!»-deyə söyləsələr, qəzəbi bir kənara qoyub, normal vəziyyətə qayıt». | |
Views: 739 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |