Cümə günü, 2024-03-29, 5:22 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

QƏRB ZİYALILARININ HAZIRKI QƏRB CƏMİYYƏTİNİN DÜŞDÜYÜ VƏZİYYƏTƏ BAXIŞI
2012-12-04, 7:37 AM
QƏRB ZİYALILARININ HAZIRKI QƏRB CƏMİYYƏTİNİN DÜŞDÜYÜ VƏZİYYƏTƏ BAXIŞI
İngiltərənin keçmiş baş nazirlərindən biri məqalələrinin birində yazır: «Mən bir çox dəliliyə səbəb olacaq əməllərə qurşanmaq təhlükəsi ilə qarşılaşmışam. Lakin onlardan birindən çəkinmək üçün çox çalışıram. Bu aldadıcı eşqlə ailə qurmaqdır. Qorxuram küçədə, bazarda bir qızı görərək xoşum gəlsin və onun idealım olduğunu düşünüm».
Dardüşüncəli insanlar yaradılışın pak gövhərini azadlıq adı altında hicabdan məhrum edib, şəhvətinin hər tələbinə «bəli» demək ixtiyarını ona verdilər. Sonra da aldadıcı eşqlə ailə qurmaqdan qaçmaq üçün onu kənara atdılar. Çünki onlar bu qiymətli gövhərin əllərindən çıxaraq, hər an bir naməhrəmin ağuşunda olduğunu müşahidə etdilər.
İsveç yazıçısı və şairə xanım Eliza Mari «Ekspress» qəzetində çap olunan bir məqaləsində Avropa cəmiyyəti haqqında yazır: «Kişilər vəfa və səmimiyyətin nə olduğunu bilmirlər. Onlar, yalnız hiylə ilə qadınları diz çökdürürlər».
Bu xanımın nəzərinə çatdırmaq lazımdır ki, qadınları iffətsizliyə, hicabsızlığa sürüklədikdən, onları azadlıq adı ilə şəhvani istəklərin əsirinə çevirdikdən sonra kişilər onları istədikləri zaman, istədikləri yerdə yarıçılpaq halda görə bildilər. Beləliklə də, öz ailələrinə qarşı olan vəfa və səmimiyyətlərini əldən verib, hiyləgər, məkrli bir şəxsə çevrildilər.
Hicabsızlığın acı nəticələri bir-iki deyil. Onu saymaqla sona yetməz.
Hicabsızlığın təsirindən kişilər öz həyat yoldaşlarından əl çəkir, gənclər şəhvətin doydurulmasının asan olduğunu gördükdə, ailə qurmaqdan boyun qaçıraraq namus ovuna çıxırlar. Qərbin təlqin etdiyi ailə quruluşu və onları yamsılayan şərq ailəsi, beləcə, dağılaraq cəmiyyətdə meşəyə bənzər bir vəziyyət yaradır.
Xanım Eliza Mari məqaləsinin digər bir hissəsində yazır: «Hal-hazırda İsveçin hər bir yanında ərə getmək arzusunda olan gözəl qızlar çoxdur. Lakin onlar məcburi şəkildə kişilərlə dostluq edirlər».
Bəli, ailə qurmaq intizarındadırlar, lakin özlərinə münasib həyat yoldaşı tapa bilmirlər. Çünki gənclər qadınlardan istədikləri şəkildə, asanlıqla istifadə edə bildikləri üçün ailə qurmağa ehtiyac duymurlar. Bundan başqa, bir çox ailəli kişilər də öz cinsi istəklərini istədikləri kimi doydurmaq üçün həyat yoldaşlarını boşayırlar.
Xanım Eliza Mari yazır: «Mən qızlara tövsiyə edirəm ki, ailə qurmazdan öncə heç bir kişi ilə əlaqə yaratmasınlar».
Bu necə də mühüm bir tövsiyədir! Lakin qadının dünyadakı vəziyyəti və qərb cəmiyyətində kişinin məsuliyyətsizliyi ilə bir araya sığmır.
Dünya ictimaiyyəti ideal bir cəmiyyətdə yaşamaq istəyirsə, İslamın qadınla bağlı insani, fitri və şəri qayda-qanunlarını həyata keçirməlidir. Bütün bu qanunların önündə olan qadın örtüyünü ona qaytarmalı, bununla da, onun ismət, həya və iffətini özünə verməlidir. Əks təqdirdə, bütün bu fəsadın dərmanı tapılmayacaq.
Qərbin qadına rəva qıldığı zülmün tarixdə misli yoxdur. Onlar qadının bütün meylini işvəgərliyə, kişiləri azdırmağa, özlərini küçədə, bazarda nümayiş etdirməyə sövq etmişlər. Onu şəhvət vasitəsinə çevirmiş və bu yolla ondan pul qazanmaq, şəhvəti doydurmaq üçün istifadə etmişlər.
Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Heyvanların bütün səyi qarınları, yırtıcıların bütün səyi digərləri ilə düşmənçilik etmək, qadınların bütün səyi isə dünya bəzək-düzəyi və fəsad üçündür. Allahın əmrlərinə tabe olan, səmimi və Allahdan qorxanlar, yalnız mömin kişi və qadınlardır».(Nəhcül-Bəlağənin şərhi, İbni Əbil Hədid, c.9, bölüm; 153,səh.160)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 710 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]