Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ozunuze sual verin!
2012-11-16, 7:13 AM | |
EVLƏNMƏDƏN ƏVVƏL ÖZÜNÜZƏ BU SUALLARI VERMISINIZMI? Evlilik insan həyatının dönüş nöqtələrindən biridir. Evliliyə indiki gənclər çox sadə gözlə baxırlar. Gənclərimizin aşağıdakı sualları evlənməyə qərar vermədən əvvəl özlərinə soruşmalarını və müsbət cavablar beynində verdikdən sonra evliliyə addım atmasını yaxşı olacağı qənaətindəyəm 1-Ata olmağa hazırammı? Ana olmağa hazırammı? 2- Heyat yoldaşım və uşaqlarım üçün bir iş imkanım mövcudmu? Bir evi bəsləyəcək, saxlayacaq, geydirəcək qədər pul qazanırammı? 3-Bekar ikən; axşamları və həftə sonları qəhvədən çıxmaz idin, yoldaşlarınla vaxt keçirərdin v. s. Evləndikdən sonra bu vərdişlərindən imtina edəcəksənmi? Heyat yoldaşın haqlı olaraq axşamları və həftə sonları sizinlə vaxt keçirmək istəyəcək. Qısacası Subay ikən çox azad idiniz… Azadlığınızın %99u əlinizdən uçub gedəcək… Özünüzə bu mövzuda güvənə bilirsinizmi? Bu vaxt ağılıma gələn yaşanmış bir hadisəsni izah edim: məhəlləmizdə yaşayan bir gənci evləndirirlər. Bizlər o zaman uşaqdıq… Evləndiyi günün gecəsində yəni gerdek gecəsi yeni evləndiyi heyat yoldaşını evdə buraxıb cayxanaya gedir… Yoldaşları ona səbəbini soruşurlar. Sən bu gün evləndin evdə olmağın lazım deyirlər… Bizimki cavab olaraq bunu söyləyir: -Evləndi də yoldaşlarını, qəhvəni daha ilk gündən tərk etdi dedirtməm… Onun üçün gəldim… 4-Evlilik əvvəli dövrdə deyilən sözlərə və davranışlara çox etimad edilməyəcəyini bilməlisən, evləndikdən sonra evlilik əvvəli davranışlar qarşılıqlı olaraq görülməyə bilər. 5- Ataerkil bir cəmiyyətdən gəldiyimiz üçün kişilər evdə rəislik etmək, bir addım qabaqda olmaq istəyəcək, bir sözünün çox olmasını istəyəcək buna hazırımsan? (bu istənən bir vəziyyət deyil amma təəssüf ki, gerçəkləri dəyişdirmir) 6-Her evdə olduğu kimi sizin evinizdə də zaman zaman mübahisələr yaşanacaq bunları qaldırmağa ruhi gücünüz varmı? Hər mübahisədə atanızın evinə getməyəcək iradə gücünüz varmı? 7-Evlenmeden əvvəl bir ana və bir atanız vardı. Evlilikdən sonra iki ana və iki atanız olacaq və qohumlarınız iki qatına çıxacaq buna hazırımsınız? 8-Evlenmeden əvvəl xalq təbiri ilə əli üzü düz bir qadın seçirsiniz və ya tərbiyəli və alicenaqi bir kişi axtarırsınız. Bu şəkildə həssaslıq içindəykən özünüzü də necə bir insan olduğunuzu sorushdunuzmu? 9-Kishiler ümumiyyətlə çox danışanları və çox danışmağı sevməzlər. Kişilərin bu ümumi xarakteristikalarını göz önünə götürürsünüzmü? 10-Qadinlarin romantik olduğunu unutmamaq lazımdir… Evlənəcək kişi namizədi heyat yoldaşına güvənmeli, yalnız heyat yoldaşını sevməli və sevgisini sıxlıqla təkrar etməli. Heyat yoldaşıyla baş-başa bir yemək yemək, gəzmək, mağazalar gəzmək, tətilə getmək, hediyye almaq Qadınlarımızın xoşuna gələr… Bunları göz önünə götürürsünüzmü? Suallara cavab yaza bilersiniz! | |
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |