Bazar günü, 2024-12-22, 8:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Özünüzdən soruşun.
2012-11-18, 6:41 AM
Özünüzdən soruşun.


Bir yerdə yaşamaq qərarına gəldikdən sonra özünüzdən soruşun:
* Öz istəyimlə ailə qururam, yoxsa validəynlərimin,
*ümumiyyətlə, ailə həyatına hazıram?
* Bir-birimizi olduğu kimi qəbul edirik?
* Onun xoşuma gəlməyən xasiyyaətlərimi dəyişə biləcəyəm?
* Onun xasiyyətlərinə dözə biləcəyəm?
* Harada və necə yaşayacağıq?
Dinimiz heç nə də zorakılıq vermədiyi kimi, ailə qurmaqda da tərəflərin razılığını əsas şərt bilir. Qızlar ata və ya babalarının razılığını almalı və onların icazəsi olmadan ərə getməməlidirlər. Əlbəttə bunun da bəzi şərtləri vardır. Oglanlardan valideynləri ilə məsləhətləşməli vı onların razılığını almalıdırlar. Bütün bunlar əxlaqi baxımından böyük əhəmiyyət kəsb edir. Valideynlərin də təklifinə hörmətlə yanaşmalı, amma istər mənfi olsun, istərsədə müsbət, tez qərara gəlmək lazım deyil. Hazırlıq dedildikdə həm fiziki, həm də idioloji hazırlıq nəzərdə tuturuq. Cinsi yetkinliyə çatıb yalnız şəhvani istəkləri aradan qaldırmaq üçün ailə qurmaq müsəlmana yaraşan xüsusiyyət deyil. Bir sözlə, cinsi yetkinliklə yanaşı, ideoloji yetkinlikdə əsas şərtdir. Ailə həyatının tam fərqli və özünəməxsus çətinliklərini dərk etməli, yalnız bundan sonra qərar vermək lazımdırşYoxsa sonrakı peşmançılıq fayda verməz.
Məsələn: Həyat yoldaşınız yemək yeyərkən ağzını mırçıldadarsa və bu sizin üçün dözülməzdirsə, çalışın bunu ona mülayim tərzdə çatdırasınız. O ki qaldı harada və necə yaşamağınıza, bu da mühüm məsələdir. Evlilikdən sonra əliniz ağzınıza çatmalıdır ki, ailə qurduqdan sonra başqalarının da qarnını doydura biləsiniz. Aza qane olmaq və qənaət etmək imanın əlamətlərindəndir.
Bir-birinizi olduğu kimi qəbul etmək ücün ilk növbədə özünüzün olduğunuz kimi numayiş etdirməlisiniz. Xasiyyətlər müxtəlif ola bilər, amma baxır nədə və necə.

Həyat yoldaşınız sizə xəyanət edirsə, bunun səbəbini araşdırın. Onu nədə razı sala bilmədiyinizi görür-qoy edin. Başqasının olmasını istəmirsizsə, özünüz ona sahib çıxın!
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 631 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]