Bazar günü, 2024-12-22, 7:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

ÖZÜNÜ UNUTQANLIĞA VURMAQ
2012-11-20, 7:14 AM
ÖZÜNÜ UNUTQANLIĞA VURMAQ
Olduqca gözəl xüsusiyyətlərdən biri də xalq arasında çox az təsadüf olunan özünü unutqanlığa vurmaqdır.
Digərlərinin təqsirini, eyibini müşahidə etdikdə özünü, qarşı tərəfin sənin müşahidə etmədiyindən arxayın olacağı şəkildə unutqanlığa vurmaq insani keyfiyyətlərdəndir.
İnsanın öz həyat yoldaşının hər hansısa bir qüsurunu gördükdə, özünü bilərəkdən unutqanlığa vurması onun əxlaqının, insanlıq və böyüklüyünün son həddidir.
Əli (ə) buyurur: «Aqilin vücudunun yarısı səbir və dözüm, yarısı isə özünü unutqanlığa (görməməzliyə) vurmasıdır»;("Mizanül-hikmə" c.7, səh.268) «İnsanın ən gözəl əxlaqı özünü bildiyi şey haqqında unutqanlığa (bilməməzliyə) vurmasıdır»;(Həmin mənbəə)«Özünü bilməməzliyə vurmaq kimi bir ağıllılıq, unutqanlığa vurmaq kimi bir dözümlülük yoxdur».(Həmin mənbəə)
Xırdaçılıq etmək, səhvi üzə vurmaq, qüsurlardan keçməmək, Əlinin (ə) buyruğuna görə, əxlaqa zidd olan, həyatın şirinliyini pozan xüsusiyyətlərdəndir.(Həmin mənbəə)
Əfv və keçəcək, bundan daha yüksək özünü unutqanlığa vurmaq qadın və kişi üçün zəruri olan əxlaqi keyfiyyətlərdəndir. İnsan yalnız bu növ əxlaqi və insani dəyərlər sayəsində tam aram, şirin bir həyat sürə bilər.
Əfv, özünü bilməməzliyə, unutqanlığa vurmaq qəzəbi udmağın şirin meyvəsi, qəzəbi udmaq isti kürədən can qurtarmaq kimi bir şeydir.
Qəzəb və ardı-arası kəsilməyən dedi-qodular qeyri-insani keyfiyyət olaraq Haqqın nifrətinə səbəb olur. Bu xüsusiyyətin çirkinliyi haqqında bir rəvayət qeyd olunmuşdur. Bir kişi acı bir tərzdə imam Hüseynə (ə) dedi: «Gəl, din mövzusunda mübahisə edək». İmam (ə) buyurdu: «Mən dinim haqqında kifayət qədər məlumata malikəm. Allahın məni hidayət etməsi mənə gün kimi aydındır. Əgər sənin bu mövzuda cahilsənsə, get, cəhlinə bir əlac et…Şeytanın insanı günaha salması üçün bir vəsvəsəsi olan mübahisə ilə mənim nə işim var?!».("Bihar" c.2, səh.135)
Mübahisə haqqı sübuta yetirmək üçün olarsa, gözəl mübahisənin nümunələrindəndir. Bu növ mübahisənin heç bir eybi yoxdur. O, elmin inkişafı üçün də çox faydalıdır. Lakin mübahisə söz dava-dalaşı, ağıla müvafiq olmayan məqsədlər üçün həyata keçirilərsə, şübhəsiz ki, haram və günahdır.
Həzrət Rza (ə) Əbdül Əzim Həsəniyə buyurur: «Dostlarıma məndən salam de. Onlara de ki, şeytana sizə vəsvəsə etməyə yol verməyin. Onlara düz danışmağı, əmanətdarlığı, sakitliyi, yersiz və heç bir faydası olmayan mübahisədən uzaq durmağı tapşır».("Bihar" c.74, səh. 230)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 802 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]