Bazar günü, 2024-12-22, 2:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Övladlarınızı evləndirin
2012-12-12, 8:06 AM
Övladlarınızı evləndirin

Valideynlərin övladın üzərində haqqı olduğu kimi, övladlarında valideynlərin üzərində haqqı vardır. İslam peyğəmbəri (s) bu hüquqların ən mühümlərini üç cümlədə bəyan etmişdir ki, onlardan biri də, övladı evləndirməkdir.

Yəni atanın övladı qarşısında vəzifəsi budur ki, övlad həddi bluğa çatdıqdan sonra onu evləndirsin. əgər hər hansı bir valideyn imkanı olduğu halda, övladını evləndirməsə, Allah yanında günahkar hesab olunur və əgər bununda nəticəsində övlad günah iş görərsə, o günah atanın da əməl dəftərinə yazılacaqdır.



Indi isə diqqətinizə bir məktubun suallarına yönəldirəm və sizdən xahişim budur ki, bu məktubdakı sualları və verilən cavabları diqqətlə mütaliə edib, düşünəsiniz.

*...Salam…bu məktubu yazmaqdan hədəfim suallarıma düzgün cavab alıb atama göstərmək və onu doğru addım atmağa vadar etməkdir...

1)- Ata-ananın övladlarının evlənməsinə qarışmaq hüququ var ya yox?

2)- Mən otuz yaşına dolmuş bir cavanam, amma atam hələdə məni evləndirmək istəmir və deyir ki, qocalsanda, mən deyən qızı almasan, səni evləndirməyəcəyəm!.

Amma mən o qızı istəmirəm, sizin fikrinizcə mənim haqqım yoxdur ki, istədiyim qızla evlənəm və əgər buna haqqım varsa, hansa üzrlə mənə mane olurlar? Mənim vəzifəm nədir?

3)- Bu camaatdan niyə soruşmurlar ki, nəyə görə elçilərdən həddən artıq çox və onların gücü çatmayan başlıqlar istəyirlər və bais olurlar ki, qızları ərə getməyib, otuz-otuzbeş yaşlarına qədər evdə oturalar və onları alan olmasın?

4)- Axı, niyə elçilik və toy mərasimlərində həddindən artıq ifrat edib, yersiz və lazımsız xərclər çəkib, guya cah-cəlallı toy keçirtmək istəyirlər. Amma əslində səbəb olurlar ki, cavanlar evlənmək fikirindən vaz keçsinlər və ya toy etdikləri haldada, toydan on il sonrada borc və kredit ödəsinlər? Görəsən, ağıl və məntiqə uyğundur ki, bir günlük gəlin və bəy paltarı və gəlinin bər-bəzəyindən ötrü, küllü miqdarda pul verib, kirayə paltar və qızıllarla bəy-gəlin kürsüsündə oturasan?...Bir yaxşı-yaxşı düşünüb-daşının...?

Salamınızın cavabından sonra deməliyəm ki:

Övlad ata-ananın qəlbinin meyvəsi və həyatının ən şirin məhsuludur. Ata-ana övladlarını öz varlıqları hesab edirlər. Onlar övladlarını öz canlarından artıq sevirlər.

Amma, bütün valideynlər mühüm bir nöqtəyə diqqət etməlidirlər və o nöqtə budur ki, muğayat olsunlar ki, övladlarına olan eşq və məhəbbətləriylə, övladlarının müstəqil təfəkkür etməsi, mənlik və şəxsiyyətlərini itirməyə bais olmasınlar. Yəni, valideynlər diqqətli olmalıdırlar ki, cavan övladları həyatın eniş-yoxuş və keşməkeçli yollarında, müstəqil addımlamağa adət etsinlər və həmişə ata-anaya bağlı olmasınlar. Valideynlər övladlarını sorğu-sualsız surətdə öz əmrlərinə tabe olmağa məcbur etməməlidirlər. Bəlkə onlara azad düşüncə və müstəqil addım atmağa şərait yaratmalı və həmçinin onlara bu yolda kömək edib, onları istiqamətləndirməlidirlər.

Evlənmək məsələsidə bu cür olmalıdır. Yəni övladın evlənməsində, ata-ananın öhdəsinə düşən vəzifə budur ki, bu işdə onlara yol göstərib, öz məsləhətləri ilə kömək etsinlər. Əlbəttə məsləhət və tövsiyələr, icbar həddində olmamalıdır ki, cavanlar özü müstəqil və azad bir fikir və rəyə gələ bilsin.

Bu məsələdə övladın öhdəsinə düşən vəzifə isə, ata-anasından təşəkkür etmək və onlara ehtiram, minnətdarlıq və xeyirxahlıq göstərməkdir. Onlar böyüklərin məsləhət və tövsiyələrini diqqətlə dinləməli və ağılla düşünüb-daşınmali, tez keçən və ehtirasi hisslərə qapılmamalı və çalışıb ən doğru seçimi etməlidirlər.

Valideynlər övladlarını məcbur surətdə öz istəklərinə tabe və onları öz seçdikləri qızla ailə həyatı qurmağa məcbur etməməlidirlər.

Baxın sevimli peyğəmbərimizin sünnətinə və görün ki, qızına elçi gəldiyi zaman onunla nece rəftar edir və nə cür onun razılığını alır?

Həzrət Əli (ə) buyurur: "Mən peyğəmbərin (s) qızı həzrət Zəhranın (s) elçiliyinə getdiyim zaman, o həzrət (s) mənə buyurdu: "Ya Əli (ə), bundan əvvəldə onun elçiliyinə gələnlər olub, lakin mən bu barədə ondan soruşduqda, onun çöhrəsində narazılıq ifadələrini müşahidə etmişəm. Buna görədə, sən indi burada otur və bir az səbr et, mən isə gedim və bu barədə ondan soruşum”.

Peyğəmbər (s) həztər Fatimənin (s) yanına getdi və mənim elçiliyimi ona xəbər verib, dedi: "Əli (ə) sənin barədndə söhbət açmışdır, fikrin nədir?"

Həzrət Fatimə (s) xoşhallıqla başını aşağı salır və sükut edir və əvvəlki elçilərdə olduğu kimi, mübarək üzündə tutqunluq və narazılıq əlamətləri görsənmir.

Peyğəmbər (s) ayağa qalxıb, təkbir dedi və buyurdu: "Onun bu gülərüzlü sükutu, razılıq əlamətidir".

Buna görədə valideynlər öz cavan oğlan və qızlarını, onların öz razılığı olmadan, kiminləsə evlənməyə məcbur etməməlidirlər.

Imam Sadiqin (ə) cavan səhabələrindən biri ona dedi: Mən bir qadınla evlənmək istəyirəm, lakin valideynlərim məni başqa birisiylə evləndirmək istəyirlər. Mənim vəzifəm nədir və mən hansı birsiylə evlənməliyəm?

Imam Sadiq (ə) buyurdu: "Öz istədiyin qadınla evlən və valideynlərinin dediyi qadını alma".

Buna əsasəndə cavan qız və oğlanların vəzifəsi budur ki, evlənmələri haqqında ata-anaları ilə məsləhətləşməli, evlənmək istədiyləri şəxslə valideynlərini tanış etməli və əgər həqiqətəndə öz seçimlərində yanılmayıblarsa, valideynlərinin razılığını almağa çalışmalı və bu mümkün olmadığda yene onlarla mehriban davranmalı və istədiklərii şəxslə evlənib, tənhalıq əzabından xilas olmalıdırlar.

(Ədəbiyyat: [1] - Biharul - ənvar, 74/8; [2] - Vəsailuş-şiə 14/206-220;

Mirməhəmməd Bəşirov
islammektebi.org
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 773 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]