Şənbə günü, 2019-08-24, 11:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Övladın valideyn üzərindəki haqqı
2014-01-27, 3:25 PM
Övladın valideyn üzərindəki haqqı

 Ata və anaların övladlarına görə hansı vəzifələri vardır? Qızlar Allahın ehsanı, oğlanlar isə Allahın bizə verdiyi nemətlərdir. Həzrət Peyğəmbər (s) buyurur: "Ataların övladları qarşısında dörd vəzifələri vardır:
1. Övladlarınıza yazmağı öyrədin, başqa sözlə desək onları məktəbə göndərin ki, savadsız olmasınlar.
2. Ata övladına üzməyi öyrətməlidir, ancaq pak yerlərdə.
3. Ata başqa bir vəzifəsi odur ki, övladlarına silahdan istifadə etməyin yolunu öyrətməlidir.
4. Atanın başqa bir vəzifəsi odur ki, evinə ancaq halal mal gətirməlidir. Xümsü verilmiş, pak mal”.
Şeyx Bəhayi İmam Həsəndən (ə) belə nəql edir. Həzrət (ə) buyurur: "Əgər mənə təndirdə bişmiş həqiqi halal bir çörək versələr, onu odun üzərində qurudaram. Onu döyərəm və hissələrini şüşə qaba qoyub, evdə saxlayaram. Əgər mənim evimə bir xəstə gəlib, desə ki: "Yəbnə Rəsulallah! Həkim mənə deyib ki, yaxşı olmayacaqsan”. Mən bir miqdar bu halal çörəkdən ona verərəm ki, yaxşı olsun.”
Bəli, halal çörək bu qədər əhəmiyyətə malikdir. Bu, təcrübə olunmuşdur ki, haram tikə zülmətdən, Allahdan uzaqlaşmaqdan, tənbəllikdən, həqiqətlərdən qaçmaqdan başqa bir şey gətirməz.
Padşahlardan biri alimlərin birini dəvət edib, ona yemək yeməyi təklif edir, ancaq alim deyir ki, istəmirəm. Padşah deyir: "Məgər ac deyilsən?”, Deyir: "Niyə? Ancaq gözüm bu süfrəyə dəyəndə tox oluram”.
Padşah deyir: "Bu cür gözəl yemək haradasa görmüsən?”. Alim deyir: "Yox, indiyə qədər görməmişəm”. Padşah deyir: "Onda ye”. Alim deyir: "İstəmirəm”.
Deyir: "İstəyirsən buradan ac gedəsən?”. Deyir: "Bəli”.
Görür ki, çox israr edir, deyir ki, məgər bu yeməkdir? Sonra Quran ayəsini deyir: "Onlara pak ruzilər verdik”. ("Yunus” 93).
Şeyx Muhəmməd Həsən Zahid buyurur: "Mən hər axşam gecə namazı üçün oyanırdım. Bir gün günortadan sonra bizi bir yerə dəvət etdilər. Gərək getməyəydim, ancaq getdim. Heç bir şey yemədim. Bizim üçün dondurma gətirdilər, hava da çox isti idi. Gördüm ki, yaxşı şeydir və onu yedim. Gecə namaza qalxan zaman pilləkənə yaxınlaşdım ki, gedib dəstəmaz alım, başı üstə düşdüm. Başım yarıldı və arvadım yuxudan durdu. Gəldi və başımı qucağına aldı. Başımı bağladı, ancaq bütün bədənim ağrıyırdı. Yuxu məni apardı və yuxumda bir nəfər gəlib mənə dedi: "Şeyx! Axı sənin günortadan sonra dondurma ilə nə işin vardı? Başının yarılması sənin bu dünyadakı cərimən idi ki, axirətdə səninlə işimiz olmasın””.
Əmirəl-möminin (ə) buyurur: "Övladın valideyn üzrərindəki haqlarından biri də odur ki, ona yaxşı bir ad qoyulsun”.
Yaxşı ad lüğətdəki yaxşı mənasında deyildir. Yəni bu adın mənası olsun. Qızlar üçün ən gözəl adlar xanım Fatimeyi-Zəhranın (s.ə) adlarıdır. Əgər oğlandırsa, Peyğəmbər (s) buyurur: "O kəsin ki, evində mənim adımı daşıyan bir uşaq varsa, Qiyamət günü onu yaddan çıxartmayacağam”. O kəsin ki, oğlu olar və adını Hüseyn qoyar, hər vaxt ata və anası onu Hüseyn çağırar, Həzrət Fatimə (s.ə) cavab verər ki, Kərbəlada şəhid olmuş Hüseyni (ə) istəyirsən, yoxsa oğlun Hüseyni? Sonra da dua edər.
İmam Hüseynin (ə) üç oğlu olubdur. Biri Şəhribanudan (ə) dünyaya gələn Həzrət Zeynəlabidindir (ə) ki, anası doğuş zamanı dünyasını dəyişir.
Soruşdular ki, Ağacan bu uşağın adını nə qoyaq, buyurdu: "Əli”. Şəhribanu (ə) vəfat edəndən sonra Həzrət Ummu Leyla adlı başqa bir qadınla evlənir. O, da Əli Əkbərin bir neçə yaşı vardı ki, Mədinədə dünyasını dəyişir. İkinci övladı dünyaya gələndə soruşurlar ki, uşağın adını nə qoyaq, buyurur: "Əli”. Aşura gününə altı ay qalmış Rübab bir oğlan dünyaya gətirir. Soşurlar ki, bəs bu uşağın adını nə qoyaq, buyurur: "Əli”. Soruşurlar ki, Ağacan, niyə oğlanların hamısının adını Əli qoymusan. Buyurur: "Allah mənə nə qədər oğlan versə, hamısının adını Əli qoyacağam”.
Ataların başqa bir vəzifəsi də budur ki, evinə gəlib-gedənləri, sözləri, baxışları elə tənzim etsin ki, övladı ədəbli və vüqarlı bir uşaq kimi böyüsün. Axı onlar bizim üçün İlahi əmanətdirlər. (Erfan)
 
/Deyerler.org/
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 963 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]