Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Mübarat talaqının şərt və qaydaları
2012-11-16, 9:16 AM | |
Kişi ilə qadın boşanmaq istədikdə qadın öz mehriyyəsini tələb edir. Lakin bəzi hallarda qadın mehriyyəsini ərinə bağışlaya bilər. Belə boşanmaya "mübarat talaqı" deyilir. Dinimizdə bunun bir sıra qaydaları mövcuddur. 1. Kişi həyat yoldaşına talaq vermək istədikdə deməlidir:" Barə-tu zəucəti. (adı qeyd olunur) əla məhriha fəhiyə taliqun" (həyat yoldaşım. (adı-çəkilir) mehriyyəsinin müqabilində mübarat talaqı verdim və o boşandı). 2.Başqa birisi onların talaqını vermək istədikdə onların yerinə vəkil olaraq bu sözləri deməlidir:" Barə-tu zəucəta muvəkkili. (adı çəkilir) əla məhriha fəhiyə taliqun" (müvəkkilimin həyat yoldaşım (adı çəkilir) mehriyyəsinin müqabilində boşadım və o boşandı). 3. Təlaqın sözləri ərəb dilində düzgün oxunmalıdır. Lakin qadın öz malını və ya mehriyyəsini ərinə bağışlaması üçün hər hansı dildə "talaq üçün filan şeyi sənə bağışladım" deyərsə, kifayət edər. 4. Qadın mübarat talaqı əsasında bağışladığı şeyi vermək fikrindən dönərsə, əri yenidən ona nigah ozumadan özünə həyat yoldaşı edə bilər. 5. Mübarat talağında ərin həyat yoldaşından aldığı mal qadının mehriyyəsindən çox olmamalıdır. | |
Views: 774 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |