Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
2012-11-30, 8:06 PM | |
AİLƏ HƏYATINDA ROLU Ailə məsuliyyətlərini yerinə yetirmək güzəşt, geniş ürək, siyasət, ağıl, səbr, alicənablıq, bağışlamaq və elm tələb edir. Evin böyüklüyü ailəni qorumaq və ondan muğayat olmaqdadır. Necə ki, "bir millətin və ya cəmiyyətin başçısı onun xidmətçisidir” demişlər. Yuxarıda qeyd etdik ki, nəsihətin müsbət təsir bağışlanmasında mehribanlıq, məhəbbət və mülayimliyin rolu böyükdür. Qurani Kərim "Loğman” barəsində buyurur: "Loğman oğlunu nəsihət edərkən belə dedi: Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şəksiz şirk böyük günahdır.” ["Logman" 13] Bu ayədə Loğmanın nəsihət etdiyi vaxt mehribanlıq və məhəbbətlə danışdığının və oğlunu mülayimliklə nəsihət etdiyinin şahidi oluruq. Sonra isə dediklərini dəlil ilə əsaslandırır. Çünki kobudluq və tündlük nəsihətin təsir imkanını aradan aparmaqla bərabər ədəbsizlik və həyasızlıq nümunəsidir. MOİZƏ ZAMANI HƏDİSLƏRDƏN İSTİFADƏ ETMƏK Ailəyə nəsihət etmək üçün Əhli-beyt (əleyhimussalam) hədisləri xüsusilə də baş vermiş hadisə və ya məsələ ilə nəsihət etmək daha münasib, daha səmərəlidir. Məsələn, moizə zamanı həmin məsələyə işarə edərək İmamlarımızdan gəlib çatan hədisi belə zikr edəsiniz. Hədislərdə deyilibdir ki, "qadın əri qarşısında uzundillik edərsə, qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar.” Və yaxud bu hədis: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) merac gecəsində Cəhənnəmdə öz dillərindən asılmış bir dəstə qadın görür. Bunun səbəbini Cəbraildən soruşanda, Cəbrail "bunlar ərləri qarşısında uzundillik edən qadınlardır”-deyə cavab verir Əlbəttə, nəsihət zamanı bu hədislərin bəyanının son dərəcədə mülayim və məhəbbətlə olmasını unutmamalıyıq. Çalışmaq lazımdır ki, heç vaxt kobudluq və bəd xasiyyətlə nəsihət olunmasın. Əks halda nəsihət lazım olan təsiri göstərməməklə yanaşı, mənfi və pis təsirini bağışlayacaqdır. ƏR-ARVAD ARASINDA İXTİLAFIN MƏNŞƏYİ Qeyd etmək lazımdır ki, ər-arvad arasındakı narazılıq və ixtilafların səbəbi adətən hər iki tərəfin təqsiri üzündən baş verir. Təkcə qadın və ya kişinin müqəssir sayılaraq qınanması düzgün deyildir. İxtilafların mənşəyi xudbinlik, öz sözünü yeritmək və geniş ürəyin olmamasıdır. Belə ki, əgər cəmiyyət geniş ürəyə malik olub xudbinliyi özündən kənar edərsə çəkişmələr və narahatlıqlara da son qoyular. Belə olan təqdirdə çətinlik və narazılıq da yaranmaz. Aydın məsələdir ki, iki nəfər, o cümlədən çox vaxt ər-arvad arasında tam müvəffəqiyyət hasil olmur. Çünki, bu müvafiqlik təkcə ruhları bir, eləcə də Allahın əmrinə qeydsiz-şərtsiz təslim olan peyğəmbər və ilahi övliyalar arasında mövcuddur. Elə buna görə də ailədə ər-arvadın bütün məsələlərdə bir-biri ilə tam razılığa gəlmələri mümkün deyildir. Bir məsələ barəsində nəzərlərin müxtəlif olması təbiidir. Bu da gözəl ailə münasibətlərini öz mənfi təsiri altına salmamalı, hətta ailə mühitini belə tənəzzülə uğratmamalıdır. Ailədəki nəzər və xasiyyətlərin müxtəlif olmasının çarəsi geniş ürəyə malik olub ixtilaf və çətinliklərlə qarşılaşarkən tündlük göstərməkdən, dad-fəryad etməkdən çəkinməkdədir. Belə ki, ağıl və səbrlə ixtilaf və ya çətinliyin kökünü tapıb həll edilməsinin, aradan qaldırılmasının yolları barədə fikirləşməlidirlər. | |
Views: 790 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |