Bazar günü, 2024-12-22, 6:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

ƏMƏLİSALEH ATA-ANALAR
2012-12-04, 7:08 AM
ƏMƏLİSALEH ATA-ANALAR
Əxlaqi keyfiyyətlərlə zinətlənmiş valideynlər bir-birlərinə və övladlarına qarşı əmin-amanlıq və təskinlik qaynağı, tərəqqi amilidirlər. Onlar öz övladlarına qarşı heç bir zaman etinasızlıq göstərmir, onların bütün ehtiyaclarını ödəyirlər. Buna imkanları olmadıqda səbirlə, həvəslə, tam əxlaqi bir şəkildə onları qane edirlər. Bu səmimiyyəti görən övladları da onların üzrünü qəbul edirlər.
Düşüncəli, əməlisaleh övladlar valideynləri tərəfindən pis işlərə dəvət olunsalar belə, tam ədəblə, onların hörmətini qoruyaraq bu dəvəti qəbul etmirlər.
Peyğəmbərin (s) yaşadığı dövrdə bir ana oğlunun müsəlman olmasından narazı idi. O bu narazılığını bildirmək üçün yemək yemirdi. Lakin Allahın oğlunun müsəlman olmasından razı olduğunu və anasının bu narazılığının heç bir dəyəri olmadığını eşitdikdə, ölüm orucunu pozdu və artıq oğluna bir söz demədi.
Həzrət Peyğəmbərin (s) ana bətnindən yarımçıq düşmüş uşaqlara diqqət yetirdiyi halda ‒ hansı ki, onlara «Behiştə daxil olun»-deyə buyurulduqda, «Valideynlərimizdən öncə daxil olmarıq» deyərlər ("Vəsail" c.20, səh.14) ‒ nə üçün valideynlər öz övladlarının ‒ bu ilahi nemətin qədrini bilməsinlər?! Onun ehtiyaclarını ödəməsinlər?! Halbuki, valideynlərin övlad sahibi olmaları, onların ehtiyaclarını ödəmələri dünya və axirətdə böyük xeyri olan bir ticarətdir.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 951 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]