Bazar günü, 2024-12-22, 7:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Məhəbbətin qənimi – sonsuz davalar
2012-11-20, 7:08 AM
Məhəbbətin qənimi – sonsuz davalar

Ailədə hər iki tərəf çətinlikləri anlamalıdır. Müzakirələr zamanı fikir ayrılığı ola bilər, lakin bunu davaya çevirmək heç də lazım deyil. Söhbətin dostca olan fəzasını dəyişmək və danlağ, şikayət, iftira və s. kimi ürək sındıran vasitələr tədriclə sizi bir-birinə əziyyət verməkdən zövq alan iki şəxsin düşmənçilik mövqeyinə aparıb çıxara bilər. Belə olduqda ər-arvad yalnız öz hisslərinə deyil, bütün ailəyə zərbə vururlar. Ailə cəmiyyətin özəyi olduğu kimi, dava və mübahisə də bu özəyin düşmənidir. Boş-boş mübahisə etməkdən çəkinin. Çünki daima söz duelinə çıxan ər-arvadın məhəbbəti tədriclə ölür. Ər-arvad üçün ən yaxşı yol –ifratla təfrit arasındakı ədalət məqamını tutmaqdır. Hər insanın fərqli olmasını və yaxşı münasibət qurmağın əxlaqi dəyər olduğunu nəzərə alsaq, boş mübahisələrdən çəkinib, dava və mübahisənin kökünü qurutmuş olarıq.
Dediklərinizə diqqət edin. Axı söz yarası qılıncdan da betərdir. Söhbət (və ya mübahisə) zamanı işlətdiyiniz ibarələrə fikir verin. Kişilər mübahisə etdikləri zaman bütün səylərini cəmləyirlər ki, haqlı olduqlarını sübut etsinlər. Bu səbəbdən də istəmədən həyat yoldaşıyla gözəl danışmağı unudurlar. Bir göz qırpımında söhbət mübahisəyə çevrilir. Əgər kişinin hörmətinə toxunularsa, artıq onun gözü heç nəyi görmür və bəzən nə qədər əziyyət etdiyini anlamır.
Kişidən fərqli olaraq, qadının dili də silah növünə aiddir. Qadınlar diqqət etmirlər ki, necə böyük dil yarası vura bilərlər. Bu hal həyat yoldaşını sevən kişi üçün çox canyaxıcıdır.
Davanı bitirməyin ən gözəl yolu – onu başlamamaqdır!
Davaya səbəb olacaq hər sözün önündə bir söz deməyə məcbursunuzmu?
Bir dəfə də susmağı sınayın. Yoldaşınızı anlamağa çalışın ki, hansı ehtiyacı üzündən bu sözü deyir. Soyuqqanlılığınızı qorumağa çalışın, əgər söhbət etmək istəsəniz, hörmətlə və mehribancasına sözə başlayın. Dava və mübahisəni iki nəfər edir, əgər bir tərəf dayansa, o biri də son verəcək. Unutmayın ki, övladlarınızın davasız və sakit ev mühitinə ehtiyacı var!!!

Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 790 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]