Cümə günü, 2024-03-29, 5:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Məcbur edilən Edilən Evliliklər -1
2012-11-20, 9:51 AM
Məcbur edilən Edilən Evliliklər -1

Daha əvvəl də ifadə edildiyi üzrə, qızların və kişilərin razılığı, evlilik səhhəti üçün zəruridir. Onsuz evlilik batil və səmərəsiz olacaq. Buna görə də, evlilik proqramları belə olmalıdır: Biri bir qızı istəmək üçün gəldiyində, onun anası və atası daha əvvəldən, kürəkəni və ailəsinin bütün xüsusiyyətlərini araşdırıb bunu heç artırıb azaltmadan qıza təqdim etməli və işdə bu xüsusiyyətlərə sahib biri istəməyə gəldi deməlidir.
Əgər uyğun hesab etsə, sıra görüşməyə gəlməlidir. Daha sonra qızın və kişinin görüşmələri üçün bir vaxt təyin edilər. Bir-birlərinin xarakterlərinə və əxlaqlarına dost olana qədər bir ya da bir neçə dəfə görüşərlər.

Əgər qız və kişi bir-birini bəyənib razılaşsa, gəlin və kürəkən namizədinin ailələri, görüşüb hərəkətə keçərlər və nişan mərasiminin, mihrin, nikahın və toyun hazırlıqlarına başlarlar.

Ancaq, bir çox ailə, qızlarının evliliyi mövzusunda belə bir proqrama təəssüf ki, uyğun gəlməməkdir. Xüsusilə də ölkənin geri qalmış şəhər və qəsəbələrində tətbiq olunan adət isə belədir:

Evlərinə görücü olaraq gələn birini bəyəndikləri vaxt, qızlarının fikirini almadan müsbət cavab verirlər. Nişan mərasimini və mihri təyin edirlər. Qızın fikirini almadan və onunla məsləhətləşmədən bu məsələni müzakirə edilməz bir məsələ olaraq ortaya qoyurlar. Bu vaxt qızların çoxu da bu vəziyyətə təslim olmaqda, evliliyi qəbul etməkdə və heç səs çıxarmayır. Amma bir çoxu da kürəkəni bəyənməməklə və belə bir evliliyə ürəkdən razı olmamaqla birlikdə qarşı çıxmağa cəsarət edə bilməyirlər. Bu susqunluq bəzən utancaqlıqdan, bəzən də ana və atanın hirs və təhdidlərindən duyulan qorxudan qaynaqlanır. Bir şey söyləməyirlər; amma ürəkdən narahatdırlar. Nişanı pozacaq bir hadisənin ortaya çıxmasını dörd gözlə gözləyərlər. Nişanlılıq dövrü bitər, ana və ata nikahın qıyılmasına hazırlanar.

Bu nöqtədə qız təhlükənin yaxınlaşdığını görər və qarşı çıxmağa başlar. Lakin ana və atanın sərt reaksiyasıyla qarşılaşar. Beləsinə yaxşı bir kürəkənin nə qüsuru vardır? Nişan pozulacaq olsa dosta düşmənə qarşı şərəf ayaqlar altına alınmış olacaq. Bu çərçivədə o qədər danışarlar ki, yazıq qız çarəsizcə sükut edər. Buna baxmayaraq qız qarşı çıxışını davam etdirsə, ana və atanın reaksiyası daha da şiddətlənər. Əsəbiləşib qışqırmağa çağırmağa başlarlar. Qızlarını döyməklə və evdən qovmaqla təhdid edərlər. Bəzən döyərlər də. Bu şəkildə ondan razı olmasını və nikah əsnasında "bəli." deməsini istəyərlər. Məzlum və yazıq bir qızın bu cür təhdidlərə qarşı nə qədər müqavimət göstərə biləcəyi məlumdur. Nəticədə sükut etməyə məcbur qalar; çünki bütün qapıların üzünə bağlandığını görür və heç bir qaçış yolu yoxdur.


Nəhayət, nikah vaxtı gəlir, beləsi bir toy mərasiminin yas mərasimindən bir fərqi yoxdur. Gəlini, nikah mərasimi üçün hazırlayarlar. Dostları və yaxınları yanına oturmuşdur. Belə bir vəziyyətdə nikahı kəsən müəllim içəri girər. Qısa bir mərasimdən sonra gəlinə, bu kürəkənlə evlənmək istəyib istəmədiyini soruşar. Beləsi bir vəziyyətdə qızın bəli deməkdən başqa çarəsi yoxdur. Diliylə qəbul etməsinə baxmayaraq əslində bütün mənliyiylə ondan nifrət etməkdədir. Toy mərasimi bu şəkildə davam edər və yazıq qız, yeni evinə göndərilər. Bu elə bir evdir ki, qız nə bu evi sevir, nə də bu evin sahibini.



tebyan
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 779 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]