Cümə günü, 2024-03-29, 0:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ
2012-11-30, 8:05 PM
KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ

İxtilafın yaranmasında müqəssir kişidirsə, gərək öz səhvini iqrar edib çəkinmədən üzr istəsin. Çünki bunun özü mərdlik və onun tələbidir. Əgər kişi təqsirkar olub öz səhvini boynuna almazsa nə qadını nə danlaya bilər, nə də nəsihətinin müsbət təsiri olar. Bu zaman kişinin özü daha artıq nəsihətə möhtacdır.
Böyük ustadımız, əzəmətli İslam İnqilabının rəhbəri İmam Xomeyni həzrətləri bu barədə belə buyururdu: Xalq arasında işlənən "kişinin sözü bir olar” atalar məsəli doğru deyildir. Əsl kişi odur ki, səhvə düçar olarkən öz səhvini etiraf etsin. Çünki biz məsum deyilik, səhvlərimiz də çoxdur. Buna görə də lazımdır ki, səhvlərimizi boyunumuza alaq.
İnsan haqq qarşısında diz çökməyi bacarmalıdır. İctimai mühitdə yalnız mülayim və öz səhvini qəbul edənlər müvəffəqiyyət əldə edə bilərlər. Belə olmazsa insan cəmiyyətdən uzaqlaşacaqlar.
Mürüvvət və mərdlik nişanələrindən biri də ixtilaf zamanı haqqı sahibinə verməkdir. Bəzilərinin "əgər kişi öz səhvini etiraf edərsə qadın qorxmaz və ədəbsiz olub kişinin hörmətini saxlamaz” deməsi şeytan vəsvəsəsidir. Haqqın qarşısında hər bir şey qiymətsizdir, haqqa baş əymək gərəkdir.
İmam Həsən Müctəba (əleyhissalam) səhabələrindən biri olan Cünadəyə belə buyurdu:
"Əgər bir adam qohum-əqrəbası olmadan əziz olmaq, ürəklərə nüfuz tapıb heç bir qüdrətə malik olmadan heybətli və hörmətli olmaq istəyərsə, günahın xar və zəlillik libasını əynindən çıxardıb Allaha bəndəçiliyin izzət və şərəfli libasını geyinməlidir.” ["Meryam" 96]
Bu barədə Qurani Kərim belə buyurur:
"İman gətirib yaxşı əməllər görənləri, Rəhman Allah məhbub edəcəkdir.”
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 678 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]