Bazar günü, 2024-12-22, 2:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

KİŞİNİN HÜQUQU
2012-12-12, 8:24 AM
KİŞİNİN HÜQUQU

Peyğəmbər (səlləllahu əleyhi və alih) kişinin qadın üzərindəki hüququnu o həzrətdən sual etmiş bir qadına cavab olaraq belə buyurmuşdur:
1-Kişi hər zaman hər növ ləzzət və bəhrə aparmaq haqqına malikdir;
2-Kişinin icazəsi olmadan qadın onun malından istifadə edə bilməz;
3-Qadın çalışmalıdır ki, kişini narahat etməsin; əgər onu incitsə könlünü almamış yatmamalıdır.[Rəsuli Əkrəm (s) buyurur: "Sizin ən yaxşı qadınlarınız o qadınlardır ki, hər vaxt ərini qəzəbli halda görsələr, ona "sənin istəklərin müqabilində təsliməm və məndən razı olmayınca gözlərimə yuxu gəlməz” desin.” ("Biharül-ənvar”, 103-cü cild.) ]
Bu zaman o qadın Allah Rəsulundan (səlləllahu əleyhi və alih) soruşdu: Bəs kişi zalım olsa necə? Yenə də bu hüquqlara malikdir?
Həzrət buyurdu: Bəli hər halda qadın öz əri müqabilində təvazökarlıq etməlidir və küsmək haqqı yoxudur.
Kişi də öz növbəsində arvadından həzz və ləzzət almaqdan başqa bir şeyi tələb etməyə haqqı yoxdur. Lakin qadının əxlaq, insanlıq və mehribanlıq baxımından evin bütün işlərinə ali bir səviyyədə yetişməsi lazımdır.
Bütün bunlarla yanaşı, qadın güzəştə gedən olmalıdır. Belə ki, əgər kişi evdən narahat vəziyyətdə gedərsə qadın qayıdan baş onun narahatlığını aradan aparsın deyə, kişi gələn zaman onu təbəssüm və gülər üzlə qarşılamalı, mülayim surətdə salam verməklə onu şad etməlidir.
Həmçinin, qadın əri qarşısında təvazökar, xoş üzlü və hövsələli olmalıdır ki, isti ev ocağını daha da isitsin. Xoş rəftar, məhəbbət, səfa və səmimiyyətlə düyün və yersiz münaqişələrin kökünü qoparıb mümkün olan yollarla narahat və qanıqara vaxtlarında ərinin ürəyini ələ almalıdır. Bütün bu sadalananlar qadın üçün bir vəzifədir.

ƏBU ƏYYUB ƏNSARİNİN HƏYAT YOLDAŞI



Əbu Əyyub Ənsarinin gözlənilmədən iki-üç yaşlı bir uşağı dünyadan gedir. Uşaq dünyadan köçən zaman Əbu Əyyubun özü evdə olmur. Yalnız uşağın anası onun başı üstündə ağlayır. Amma elə ki, ərinin qayıdan vaxtı olduğu yadına düşür, onu qarşılamaq üçün özünü həmişəki kimi gülərüz və şad hazırlayır.
Səhəri gün Əbu Əyyub sübh namazını qılmaq üçün məscidə gedərkən ona deyir: "Əgər bir kəs sənə bir əmanət verib sonra almaq istəsə, o əmanəti qaytararsanmı?” Əbu Əyyub cavabında "Bəli qaytararam”-deyir. Bu zaman qadın əlavə edərək "Allah-Taala üç il bundan əvvəl bizə bir əmanət vermişdi ki, dünən onu bizdən aldı! Namazdan sonra gəl ki, uşağımızı torpağa tapşıraq”-söyləyir. Əbu Əyyub "Əlhəmdü lillahi rəbbil aləmin.” deyib məscidə gedir. Məsciddə əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib macəranı onun üçün danışır. Həzrət ona buyurur: "Dünənki gecən mübarək olsun”. Sən demə təsadüfən o gecə yoldaşı hamilə olur və ariflərin söylədiyinə görə Allah-Taala onlara əməlisaleh bir övlad nəsib edir.

KİŞİNİN RƏFTARI



Əlbəttə, kişinin də vəzifəsidir ki, evə gəldiyi vaxt xoş əhval-ruhiyyədə olub qəm-qüssə və yorğunluğu unutsun. Dostları tərəfindən ya işdən və yaxud ictimai vəzifədən narahatlıq və çətinliyi olsa belə, onu ev mühitinə gətirməməlidir. Elə buna görə də bir döyüşçü evdəki əxlaqı sərt və kobud olmamalıdır. Çünki sərtlik və kobudluq cəbhənin ön xətti üçündür. Bu da əlinə bir əsir düşməyənə kimidir. Əgər düşmən döyüşçüsündən əsir tutsa mütləq kobudluğu kənara qoymalıdır.

Qadın və uşaqlara qarşı həddən artıq tələbkar olmaq müsəlman əxlaqına xas və rəva deyildir. Təkəbbür dostlar və həyat yoldaşı müqabilində deyil, yalnız Allah dininin düşmənləri qarşısında olmalıdır.


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 791 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]