Cümə günü, 2024-04-19, 6:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İZDİVACDA QADIN VƏ KİŞİNİN AZADLIĞI
2012-12-01, 9:00 AM
İZDİVACDA QADIN VƏ KİŞİNİN AZADLIĞI

Valideynlər diqqət yetirməlidirlər ki, həyat yoldaşı seçmək hüququ İslamın göstərdiyi şəkildə övladın özünə aiddir. Valideynlərin, övladını onun bəyənmədiyi bir qızla evləndirməyə haqqı yoxdur. Onlar qızlarını da zorla onun bəyənmədiyi bir şəxsə ərə verə bilməzlər. Çünki övladları izdivac məsələsində Haqq tərəfindən verilmiş bir azadlığa malikdirlər.
Bir rəvayətdə ailə qurarkən seçim haqqında belə buyurulur: «İbn Əbu Yəfur deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Mən ailə qurmaq üçün bir qız seçmişəm, valideynlərim isə digərini. Belə olan halda mənim vəzifəm nədir?» İmam Sadiq (ə) buyurdu: «Özün sevdiyinlə ailə qur, valideynlərinin seçdiyinə əhəmiyyət vermə».
Böyük şiə mərcəi-təqlidlərinin risalələrində izdivac fəslində oxuyuruq: Əgər qız üçün şərən və ürfən özünə uyğun bir oğlan tapılar, onunla ailə qurmaq istədiyi bir vəziyyətdə valideynləri mane olar və ya bu işi çətinləşdirərlərsə, belə olan surətdə onların icazəsi lazım deyildir.»
Buna əsasən, bir qızı özünə uyğun bilən oğlan və ya bir oğlanı özünə uyğun bilən qız, valideynlərinin razılığı olmadan İslamın icazəsi, Haqqın razılığı ilə ailə qura bilərlər.
Valideynlər həva-həvəslərini kənara qoyaraq, sinfi və tayfa maraq və prinsiplərini öz övladlarının izdivac məsələsində büruzə etdirməməlidirlər. Onlar bilməlidirlər ki, İslam dinində zülm və zülmü qəbul etmək haramdır.

Qadın və kişi şəri işlərin seçimində də müstəqil və azaddırlar. Onların işlərinin məhsulu özlərinə məxsusdur. Onlar öz gəlirlərinin tam, qanuni malikidirlər. Kişi qadının icazəsi olmadan onun malına, qadın da kişinin icazəsi olmadan onun malına toxuna bilməz. Qadın və kişinin müstəqilliyi mütləq həyatın bütün sahələrində qorunmalıdır.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 688 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]