Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
İslamda evlənmək və ailə qurmaq
2012-11-21, 9:00 AM | |
Həzrət Peyğəmbər i- Əkrəm (s) buyurmuşdur: "Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.” 1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.” ("Kafi”, 5-ci cild, səh. 328) 2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.” ("Biharul-ənvar”, 103-cü cild, səh. 221) 3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.” ("Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 385) 4-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi atamın hüzuruna gəldi. Həzrət ondan soruşdu: "Evlisənmi?” Cavab verdi: "Xeyr!” Buyurdu: "Bütün dünya və onda olanları, tək halda gecələyim (subay qalım) deyə, mənə versələr, qəbul etmərəm.” (Sonra buyurdu:) "Evli adamın qıldığı iki rükət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.” Sonra atam on yeddi dinar pul verib buyurdu: "Bu pul ilə evlən.” ("Biharul-ənvar”, 103-cü cild, səh. 217) 5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.” ("Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 380) 6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.” 7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.” ("Təhzib”, 7-ci cild, səh. 239) 8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.” ("Biharul-ənvar”, 103-cü cild, səh. 221) 9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.” (Yenə orada, 13-cü cild, səh 221) 10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.” ("Biharul-ənvar”, 103-cü cild, səh. 221) 11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey cavanlar! Sizdən hər kəsin qüdrəti (imkanı) varsa, ailə qursun. Çünki bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.” ("Vəsailuş-şiə”, 14-cü cild, səh. 153) 12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.” azadxeber.az | |
Views: 751 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |