Bazar günü, 2024-12-22, 7:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İslamda ailə
2012-11-20, 7:07 AM
İslamda ailə


"Ailə müqəddəs bir qurumdur. Allahın ərşi bir neçə halda lərzəyə gələr, bunlardan biri də ailələrin dağıldığı zamandır. Allahın ərşini lərzəyə gətirməyin!"

Uşaq dünyaya gətirməzdən əvvəl özünüzdən soruşun:


*Dünyaya gətirəcəyimiz övladımızı saxlamaq və onu layiqincə tərbiyə etmək iqtidarındayıq?

*Həyatımızı kökündən dəyişməsinə hazırıq?

* Uçağı saxlamaqda həyat yoldaşıma kömək edə biləcəyəm?

*Övladımızın qız və ya oğlan olması səmimiyyət və sevgimizin zəifləməsinə səbəb olmayacaq?

Təəssüflər ki, bir çox hallarda tərəflər bu haqda düşünmür və ilkin planlaşma olmadan övlad dünyaya gətirir və onun tərbiyəsinə ya lazımi vaxt ayıra bilmir, ya da ümumiyyətlə buna maddi, fiziki və psixoloji baxımdan hazır olmurlar. Bu da bir çox hallarda ailələrin dağılmasına və günahsız körpələrin uşaq evlərinə verilməsinə səbəb olur.
Dinimizin bu barədə xüsusi göstərişləri vardır.

Övlad sahibi olmağa hazır olan valideyinlər cinsi yaxınlıqdan hələ çox-çox əvvəl qəbul etdikləri qida məhsullarına xüsusi diqqət yetirməli, stress və əsəbdən uzaq olmalıdırlar. Cinsi yaxınlıqda olmazdan bir neçə gün əvvəl oruc tutmaq, bir neçə deqiqə əvvəl isə Quran və xüsusi dualar oxumaq tövsiyyə olunur. Uşaq qadın tərəfindən dünyaya gəlsə də, kişi də ona qulluq etməkdə və həyat yoldaşına kömək etməkdə, hətta ananın südü olmadıqda uşaq üçün süd anası tutmağa da vəzifəlidir. "Nəyi əkərsən, onu da biçərsən" prinsipini qəbul edib qadına "Nə üçün qız doğdun?" etirazını etməməlidir. Aborta gəldikdə isə dinimizdə buna yalnız bir halda icazə verilir, o da uşaq ananın həyatını ölüm təhlükəsi ilə üz-üzə qoyduğu haldır. Bundan qeyri-halda abort haram və böyük günahlardan hesab olunur.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 768 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]