Bazar günü, 2024-12-22, 8:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İslamda ailə
2012-11-16, 9:19 AM
İslamda ailə

QADIN VƏ KİŞİ BİR-BİRİNİN ÖRTÜYÜDÜR

Quran ər-arvadın rabitəsini çox gözəl və bariz ifadə ilə təsvir edərək mübarək "Bəqərə” surəsinin 187-ci ayəsində buyurur:
"Onlar (qadınlar) sizin (hicab, ismət və paklıq) libasınızdır və sizlər də onların iffət libasısınız.”
Yəni, əgər aranızda kiçik bir ixtilaf baş vermişsə, onu öz aranızda həll edin. Heç vaxt səy göstərməyin ki, o ixtilafı başqasının yanına üzə çıxarasınız, hətta doğma ata-ananız da olmuş olsa belə.
Belə olan surətdə həm qadının, həm də kişinin öz ailəsində yaranan ixtilafları ata, ana və yaxın adamları üçün açıb söyləməyə haqqı yoxdur
İXTİLAFIN HƏLL OLUNMASI
İxtilaf və münaqişələri bacardıqca ailə çərçivəsində saxlayın və əgər onların açıb-danışmaqdan başqa çarəsi olmazsa, Quranın bizə göstərdiyi yoldan istifadə edin:
"Ər-arvad arasında mübahisə və ya ixtilafın yaranmasından qorxsanız, bir nəfər kişinin, bir nəfər də qadının qohumları və ya yaxın adamları tərəfindən hakim seçin. Əgər məqsəd kişi və qadının rabitəsinin islahıdırsa, Allah-Taala onları bu işdə müvəffəq edəcək. Həqiqətən Allah bütün işləri bilən və xəbər-dardır.”("Nur" surəsi. ayə 22)
Hakimlik və qazılıq ailə münasibətlərinin pozulmasına və ya ər-arvadın ayrılmasına gətirib çıxaracaqdırsa və ailəni xilas etmək üçün başqa bir çarə tapmadıqda olmalıdır. Hər iki tərəfdən bir, yaxud bir neçə nəfər ağsaqqal kimi seçilərək məsələni sülh yolu ilə sona yetirməlidirlər. Beləliklə, ixtilaf və münaqişəni ailədən kənarda müzakirə etmək sonuncu mərhələdədir ki, bir isti ocağın pozulması, ya da boşanma ilə üzləşmiş ola, yoxsa kiçik bir ixtilaf və mübahisə üstündə qəzavət məsələsinin ortaya atılması insafsızlıqdır.
NƏTİCƏ:
Yuxarıda qeyd olunan mübarək ayədən məlum olur ki, mümkün olan həddə qədər ailənin daxili məsələləri, sirləri evdən kənarda müzakirə olunmamalıdır.
İnsanın paltarı bulaşıq olarsa, bu çirkinlik onun xəcalət çəkməsinə səbəb olduğu kimi, eləcə də qadın və ya kişinin nöqsanlarını başqalarının yanında həll etmək, buna bənzər ki, insan özü paltarını bilərəkdən bulaşdıraraq başqalarına göstərir. Bu onun öz abırının getməsi və utanmasına gətirib çıxaracaqdır.
Ər-arvadın borcudur ki, evdə ixtilaf salmasınlar, amma əgər ixtilaf düşərsə, onu öz aralarında həll edib evdən bayıra çıxarmamalıdırlar. bütün bunlarla yanaşı, ev mühitində iffət və güzəşt hakim olmalıdır. Qadınla kişi bir-birinə qarşı xoş rəftar edərək, hövsələli olmalıdırlar.
ŞƏRƏFLİ İNSANLARIN NƏSİHƏTİ
Böyük şəxsiyyətlərdən biri deyib: "Evlənməyin ilk aylarında cinsi fitrətin güclü olduğuna görə, xüsusilə də ər-arvadın bir-biri ilə yaxın əlaqədə olduqlarına görə hər iki tərəfin əxlaq zəiflikləri və zahiri pislikləri görünməz qalır. Çünki:
"Sevgi və məhəbbət adamı kor və kar edir.”("Nisa" surəsi, ayə 35) Amma bir il ötdükdən sonra qadın və kişi daha adiləşir və bundan sonra çatışmamazlıq və zəifliklər bir-birinin ardınca görünməyə, sonra ailə mühiti soyumağa başlayır ki, bəzən də boşanma və ayrılığa səbəb olur, yaxud yaşayış acı həyatla əvəz olur. Təbiidir ki, belə mühitdə tərbiyə alan uşaqlar ürəyi kinli boya-başa çataraq ruhən xəstə böyüyəcəklər.
QADIN VƏ KİŞİNİN FİTRİ MƏHƏBBƏTİ
İlahi fitrət baxımından Allah ər-arvad arasında əvvəldən məhəbbət yaratmışdır. Lakin çox vaxt insanlar öz səhvləri ilə bu məhəbbətə zərbə endirirlər.
"Bu Allahın məhəbbət nişanələrindəndir ki, aramlıq tapmağınıza sizin üçün öz cinsinizdən yoldaş yaratdı ki, bir-birinizlə ünsiyyətdə olasınız və sizin aranızda dostluq, mehribanlıq bərqərar etdi (ki, həqiqətdə yaşayış, asayiş, rahatlıq və xoşluq buna arxalanır). Həqiqətən bunda düşünənlər üçün ilahi hikmət və dəlillər vardır.”("Hər kəs bir şeyə eşq bağlasa, o şey onun gözlərini bağlayar" (Nəhcül-Bəlağə, səh.330)
Yaşayışda mənfi fikirlər, bədbinliklər, anlaşılmamazlıqlar, dil yaraları yaranarsa, Allah verən məhəbbət donacaqdır. Çünki kiçik dil yarası, səhvləri üzə vurmaq və s... fitri məhəbbəti aradan aparmaq üçün böyük səbəblərdən biri hesab olunur. Bu cəhətdən İslamda kişilərə sifariş olunub ki, qadınlarına sevgi və məhəbbət bəsləsinlər. Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu barədə belə buyurmuşdur:
"Kişinin öz arvadına dediyi "mən səni sevirəm, mən səni çox istəyirəm” sözü heç vaxt onun qəlbindən çıxmaz.”
İmamların (əleyhissalam) rəftar və davranışlarını örnək edib, əfv və kəramət adətlərini özünüzə əsas və sənəd qərar verin.”
Bunun ailə mühitindəki nəzmin möhkəmliyi və uşaqların düzgün tərbiyəsinə lazım ola biləcək müsbət təsiri vardır.
XƏBƏRDARLIQ
Əziz oxucular, əfv etməyi özünüzdə vücuda gətirib pisliklərdən keçin, səhvlərə göz yumun və həyatda müsbət fikirli olun. Həmişə çirkin və zəif nöqtələr sorağında uçan milçək kimi olmayın. Başqalarının (məxsusən ev mühitində) aydın, müsbət və yaxşı cəhətlərini görməyə səy göstərin, zəif və mənfi nöqtələrə əhəmiyyət verməyin ki, bu surətdə aranızda ixtilaf düşməz. Əgər bir münaqişə baş verərsə də, dərhal aradan gedər. Daha mühüm olan budur ki, Pərvərdigari-aləm Qiyamət günündə bu şəxslərin qara əməl naməsini açmaz və onların günahları üzərinə əfv qələmi çəkər.
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 783 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]