Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
İSLAMDA AİLƏ TƏRBYƏSİ
2012-12-11, 7:22 AM | |
Bismillahir-rəhmanir-rəhim İSLAMDA AİLƏ TƏRBYƏSİ İSLAMIN TAPŞIRIQLARI CAVANLARA · Böyük Allahdan qorxun. · Cavanlıq nemətin qədrin bilin. · Cavanlıqda Allah dərgahına ibadət edin. · Cavanlığınızı hədər etməyin. · Çalışın cavanlığınızı Allah yolunda keçirin. · Allaha xatir haram işlərdən uzaq olun. · Böyüklərə həmişə hörmət qoyun. · Bilin ki, qiyamət günü cavanlıq nemətindən də soruşulacaq: onu (cavanlığı) hansı yolda sərf etmisən. · Vəzifəpərəst şəxslərin ətrafına dolanmayın. · Vəzifəpərəstləri öz işlərinə buraxın. · Qadir Allaha möhkəm əqidəli olun. · Quranı öyrənin və oxuyun. · Dininizi elm və sənətkarlığı günbəgün artırmaqla qoruyub-saxlayın. · Şəri vəzifələrinizi öyrənin. · Şərəfinizi, abrınızı, ədəb və tərbiyə ilə qoruyun. · Insanlara xoş xasiyyət olun. · Həmişə öyrənməkdə olun. · Həyatda səxavətli olun. · Heç vaxt böyükdən qabaq danışmayın. · Gecə-gündüz yaxşı yolda çalışın. · Günahlarınıza görə mehriban Allah dərgahına tövbə edin. · Namaz qılın oruc tutun. · Özünüzü haramdan qoruyun. · O şeyləri, işləri öyrənin ki, gələcəkdə onlara ehtiyacınız olacaq. PİS AİLƏDƏ BÖYÜYƏN QIZLA EVLƏNƏ BİLƏRİKMI? Bir gün İslam Peyğəmbəri (s) müsəlmanlara xitabən belə buyurdu: Özünüzü munasib olmayan və pis yerlərdə bitən göyərtilər və güllərdən qoruyun! Bu vaxt müsəlmanlardan bir dəstəsi Peyğəmbər (s) dən soruşdular: Ey Allahın Peyğəmbəri, münasib olmayan və pis yerlərdə bitən göyərtilər və güllərdən qorunmağımızı buyurmaqda məqsədiniz nədir? Həzrət Rəsul əkrəm onların cavabında buyurdu: Bu pis ailələrdə böyüyən gözəl qızlara işarədir. Məkarumul əxlaq. Cild 1. Səh: 387. ELM DƏSTƏSİ, DUA EDƏNLƏRİN DƏSTƏSİNDƏN YÜKSƏKDİR? Bir gün İslam Peyğəmbəri (s) məscidə daxil oldu. Məsciddə iki məclis təşkil olunmuşdu. Biri elm məclisi idi ki, orda islamın hökümlərindən danışılırdı... Başqa birisi dua məclisi idi ki, orda bir dəstəsi Allah dərgahına duayla və Allah dərgahına hacət ərz etməklə məşğul idilər. Peyğəmbər (s) məsciddə bu iki məclisi muşahidə etdi və buyurdu: Hər iki məclisi sevirəm. O dəstə dua edir, bu dəstə öyrənib və öyrədir, ancaq öyrətməyə çalışan dəstə, duayla məşğul olan dəstədən yca və yuksəkdir. Mən də Allah tərəfindən camaata öyrətmək üçün göndərilmişəm. Sonra Peyğəmbər (s) elm dəstəsinə qoşuldu və onlardan məclisində oturdu. Biharul ənvar. 1 ci cild. Səh: 64. İSLAMIN TAPŞIRIQLARI EVLƏNMƏNİN FAYDALARI · Allahın rəhmət qapıları evlənənin üzünə açılır. · Allah evlənənə köməklik edər. · Allah insanın günahlarını bağışlayar. · Allah evlənənə günahdan uzaqlaşmada köməklik edər. · Allah evlənənin bir-birinə mubarək edər. · Allah dərgahından istəyin, sizin aranızda tam şəkildə məhəbbət yaratsın. · Evlənmə insanı iffətli edər. · Evlənmə gözü həyalı edər. · Evlənən gönahdan amandan qalar. · Evlənmə nəticəsində ev abad olar. · Evlənmək gözü naməhrəmdən yaxşı örtər. · Evlənmək Allaha itaət etməkdən hesab olar. · Evlənmək qadın və kişinin asudəliyinə səbəb olar. · Evlənmək Peyğəmbər (s) in qanununa tabeçilikdən hesablanar. · Evlənmək qiyamət günü Peyğəmbər (s) in sevincinə və fəxrinə səbəb olar. · Evlənmək ruzunun artmasına səbəb olar. · Evlənmək insanın pis iş görməkdən uzaqlaşdırar. · Evlənmək kasıblığın və yoxsulluğun aradan getməsinə səbəb olar. islammaarifinde.com | |
Views: 708 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |