Cümə günü, 2024-04-26, 7:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK
2012-11-28, 3:56 AM
İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK
Bir rəvayətdə deyilir: «Bir şəxs süd qabı ilə həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, «Bu südlə iftarınızı açın»-deyə xahiş edir. Həzrət «Bu süd kimindir?»-deyə soruşur. Həmin şəxs deyir: «Bunu sizin üçün bir qadın göndərmişdir». Rəsulullah «Qayıt və bu südü haradan əldə etdiyini soruş!»-deyə buyurur. Həmin şəxs qadının evinə qayıdaraq, Peyğəmbərin sualını ona çatdırır. Qadın «Öz qoyunumdan sağmışam»-deyə bildirir. Həmin şəxs qadının sözlərini Peyğəmbərə çatdırır. Həzrət buyurur: «Qayıt və o qoyunun haradan əldə olunduğunu soruş!» Həmin şəxs qadının evinə gəlib Rəsulullahın sualını soruşduqda, qadın «Öz zəhmətimin bəhrəsidir»-deyə cavab verir. Şəxs qadının bu cavabını da Həzrətə çatdırdıqdan sonra Həzrət buyurur: «İndi bu südlə iftarımı açaram».
Həmin günün sabahı südü göndərən qadın Peyğəmbərin yanına gələrək, keçən gecə qabın bir neçə dəfə qaytarmasının səbəbini soruşduqda Həzrət (s) buyurdu: «Allah biz peyğəmbərlərə haram yeməməyi əmr etmişdir».
Peyğəmbərin (s) bu davranışı bütün müsəlmanlar üçün bir ibrət dərsidir. Onlar bu davranışdan dərs alaraq halal və haram mövzusunda diqqətli olmalı, bu beş günlük həyatda ağır yüklər altına girməməlidir. Belə ki, bu yükün altından çıxmaq çox çətin, bəlkə də qeyri-mümkündür.
Rəsuli-əkrəm (s) buyurmuşdur: «Halal qazanc dalınca getmək hər bir müsəlman kişi və qadına vacibdir»;(Bihar, 103-cü cild, səh. 7-9; Mizanül-hikmə, 4-cü cild, səh-119.)«Halal qazanc hər bir müsəlmana vacibdir»;(Həmən mənbə.) «Halal qazanc ardınca getmək bir növ cihaddır»;(Həmən mənbə.) «Behişt qapıları alın təri ilə halal ruzi yeyən şəxsin üzünə açılacaq və hansı qapıdan istəsə, daxil olacaq»;(Həmən mənbə.) «İbadət on hissədən ibarətdir. Onun doqquz hissəsi halal qazancdadır».(Həmən mənbə.)
İmam Rza (ə) buyurur: «Ailəsinin xərcini təmin etmək üçün Allahın mərhəmətindən ruzi uman şəxsin savabı, Allah yolunda döyüşən döyüşçünün savabından çoxdur».(Bihar, 78-ci cild, səh-339.)
İmam Baqir (ə) buyurur: «Camaat qarşısında öz iffət-nəfsini qorumaq, ailəsini yaşatmaq və qonşularına mərhəmət göstərmək üçün qazanc əldə edən şəxs, qiyamət günü çöhrəsi on dörd gecəlik ay kimi nur saçan bir halda Allahla görüşəcəkdir».(Vəsail, 12-ci cild, səh-11.)
Həzrət Sadiq (ə) buyurur: «Abrını qorumaq, borcunu ödəmək üçün pul qazanmayan adamın faydası yoxdur».(Bihar, 103-cü cild səh-7.)
Xatəmül-ənbiya (s) buyurur: «Gecəni halal mal qazanmağın yorğunluğundan yatan şəxs bağışlanır»;(Həmən mənbə, səh-2.) «Allah bəndəsini halal ruzi qazandığı halda görməyi sevir».(Mizanül-hikmə, 4-cü cild, səh-119.)
Rəvayətlərdə qeyd olunduğuna görə, ruzinin az və ya çox olması yalnız və yalnız bəndənin yüksək məqamlar kəsb etməsi üçün bir imtahandır. Ruzinin azlığına səbir edən, harama əl uzatmayan və ruzinin çoxluğuna şükür edən şəxs imtahandan üzüağ çıxır.("Nəhcül-bəlağə" xütbə: 91)
Mömin şəxs ruzinin azlığından narahat, çoxluğundan da məst olmur. Ruzi az olduqda onunla uyğunlaşır, çox olduqda isə yeyir, yedirir və ilahi vəzifələrini həyata keçirməyə səy göstərir.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 609 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]