Cümə axşamı, 2024-04-18, 11:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İşləyən qadınların ikiqat məsuliyyəti
2012-12-10, 9:31 PM
İşləyən qadınların ikiqat məsuliyyəti


Əksər hallarda işləyən qadınlar ailədəki məsuliyyətlərin ağırlığından, gündəlik işlərdən iztiraba düşür və stress keçirirlər.

Stress bədənin təhlükəyə qarşı reaksiyası və əks-əməlidir. İnsan stress keçirən zaman bədənin metabolizmi mübarizəyə hazırlaşır və adrenalin istehsal edir. Bu da şəxsin gücünü və reaskiyasını artırır.

Bu gün ailələrdə problemlər hədsiz çoxdur. Qadınların stress keçirməsinin səbəbi budur ki, onlarda razılıq hissi az olur. Sevinc hiss etmirlər, bütün rabitələri və hətta səmimi rabitələri belə xoşagəlməz hisslərlə doludur. Bu xoşagəlməz hisslər bir-birinə ötürülür. Ailənin başqa üzvləri tərəfindən təqlid edilir, bu da bir dövr kimi davam edir.

Tədqiqatlar göstərir ki, qadınlar kişilərlə müqayisədə daha çox yorğunluq və iztirab keçirirlər. Onlar əksər hallarda ailələrindən, valideynlərindən, şəxsi rabitələrindən nigarandırlar. Stressin səbəblərindən biri budur ki, qadınlar kişilərdən daha çox mənfi şeylərə diqqət edərlər. Həmçinin qadınlar daxili hisslərinə daha çox diqqət edərlər. Düzdür bu, heç də pis deyildir, ancaq insan daxilində olan mənfi hisslərə nə qədər çox diqqət etsə, stressi daha da çoxalar.

Qadınlar xoşagəlməz hadisələrə daha çox reaksiya verərlər. Bu məsələ onların iztirabını artırar. Nigarançılıq qadına mənfi təsir qoyur. Bəzən bu stress maddələr mübadiləsinə də mənfi təsir qoyur. Bəzən də baş ağrısı verir, bəzən də yuxuda problemlər yaradar.

Qadınlarda olan stressin nişanələri:

İstirahət edən zaman günah hissi keçirir. O qadınlar ki, stress keçirirlər, istirahət edən və ya gəzintiyə çıxan zaman günah hiss edirlər. Ona daima daxildən nəyisə təzyiq göstərir, həmişə hansısa işi görməlidir. İstirahət edən zaman isə özünü çox pis hiss edir.

Özünü və başqalarını davamlı olaraq, tənqid edir. Bu cür qadınlar nəinki başqalarını, özlərini də şiddətlə tənqid edirlər. Belə qadınlar özlərini başqa - üstün hesab etdikləri qadınlarla müqayisə edərlər. Öz qabiliyyətlərinə diqqət etmir və özlərindən razı deyildirlər.

Qadınların çiynində olan yük böyükdür. Analıq vəzifəsi, evdarlıq vəzifəsi, həyat yoldaşı vəzifəsi, övlad olmaq vəzifəsi. Hər birinin də yükü çox ağır və məsuliyyətlidir. Bununla yanaşı, əgər qadın işləyirsə, bu zaman məsuliyyətləri daha da artar. Bu çətinliklər qadında iztirab yaradır, çatdıra bilməmək hissini artırır. Nəticədə bu stress ailə rabitələrinə, cismi və ruhi sağlamlığa mənfi təsir vuracaqdır. Bu ziyan ən çox övladlara təsir edər, çünki onların ana sevgisinə ehtiyacları daha çoxdur.

Bəzi ailələr maddi cəhətdən əziyyət çəkdiyi üçün həm ər işləməlidir və həm də xanım. Bu zaman qadın həm evində hamını razı salmalıdır və həm də işdə vəzifələrini yerinə yetirməlidir.

Maraqlısı budur ki, kişilər adətən işdən evə gələn zaman istirahət edərlər, ancaq qadınlar bayırdakı ağır işdən sonra evdə də işləməli olurlar. Bu stress də qadınların çoxunu hövsələdən çıxardır və onlarda cismi və ruhi problemlər yaradır.

Ona görə də həyat yoluna bir yerdə qədəm basan ərlə arvad gərək bir-birinə həyatın hər bir sahəsində dayaq olsunlar. Necə ki, insanlığın örnəyi olan Peyğəmbərimiz (s) ev işlərində həyat yoldaşlarına yardım edirdi, həyat yoldaşları da gərək xanımlarına yardım etsinlər. Axı həyatı bir yerdə bölüşdürürlər. Həyatın şirinliklərini də, çətinliklərini də. Ər qadına həm psixoloji dəstəkdir, həm də cismi. Çünki ərdən başqa bu qadına kim daha yaxındır və kim onun çətinliklərini daha yaxşı dərk edir?! Əlbəttə, evdə olan övladlar da bu məsələdə ikinci dəstək ola bilər. Həddi-büluğa çatmış qızlar və ya oğlanlar evdə ananın ən gözəl köməkçiləri ola bilər. Ona görə də qadınlarımıza daha çox diqqət edək və onların bu ağır yükünü daşımaqda yardımçı olmağa çalışaq.



(Tebyan/ Deyerler.org)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 749 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]