Bazar günü, 2024-12-22, 3:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İnsanın ən mühüm seçimi
2012-11-26, 7:21 AM
İnsanın ən mühüm seçimi

Ayətullah Xameneinin gənc cütlüklərə müraciəti
Evlilik və ailə qurmaq hər bir insanın həyatında baş verən ən mühüm hadisələrdən biridir və bu hadisə hər bir şəxsin həyatını özünəməxsus tərzdə dəyişdirə bilər.
Yəqin ki, siz yanlış bir seçim üzündən həyatı böyük dəyişikliklərə məruz qalmış və bununla da həyatda seçdiyi yolunu yanlış istiqamətə yönəltmiş insanlarla tanışsınız. Bu hadisələr çox pis sonluqlarla nəticələnir. Dindar və əsil-nəcabətli ailədən olan bir qız səhv və hisslərə qapılmış bir tanışlıq üzündən onunla heç bir oxşarlığı olmayan (istər ailə əsil-nəcabəti, istərsə də dindarlıq baxımından) oğlanla ailə qurduqda gələcəkdə öz dini etiqadını çətinliklərlə üzləşdirmiş olur.
Şübhəsiz ki, hər bir insanın ən mühüm seçimi, onun həyat yoldaşı seçimidir. Çünki kəbin duasının oxunmasından və ailə həyatının başlamasından sonra iki nəfər həyatlarının bütün məsələlərini müştərək həyat çərçivəsində irəliyə aparmağa başlayırlar. Yəni müştərək şəkildə ailə həyatı yaşayan iki insan gələcəkdə yaşayacaqları hər bir anlarında – istər sevincli, istər qüssəli, istər sağlam, istər xəstə, istər dövlətli, istər yoxsul vaxtlarında bir-birinin yanında olacaqlar və ailəlik həyatındakı bütün hadisələrlə birlikdə üzləşərək, onları birgə həll etməyə çalışacaqlar.
Ayətullah Xamenei gənc cütlüklərə bu barədə belə müraciət etmişdir:
"Əziz gənclər! Sizin həyat yoldaşlarınız sizin ürəklərinizin, bədənlərinizin və talelərinizin alın yazılarıdır. Əziz övladlarım, sizin hamınıza səmimi təbriklərimi çatdırıram və öz həyat yoldaşlarınızı sevmənizi, onlara hörmət bəsləmənizi tapşırıram. Onlara qarşı sədaqətli olun və özünüzü bir-birinizin taleyində şərik bilin.
Əgər müştərək ailə həyatını düyünə salmasanız və meydana çıxmış hər hansı düyünlərə, anlaşılmazlıqlara səthi yanaşsanız, Allah-Taala sizə sevinc, xoşbəxtlik, ruhi yüksəliş nəsib edəcəkdir. Sizin ailə ocağınlz da sağlam və saleh övladların nuru ilə daha da işıqlanacaqdır.”
Kişilərin və bəzi xanımların gündüzlər işləmələrinə və yalnız günortadan sonra, yaxud da gərgin iş rejimlərində işlədiklərinə görə axşamlar bir-birilərini görmələri səbəbindən onların əlaqələrində hansısa soyuqluq meydana çıxa bilir. Amma yaddan çıxarmamalıyıq ki, ailə – həyatın əsas sütunlarından biridir və ərlə arvad arasındakı əlaqələrdə yaranmış hər hansı bir soyuqluq onların gələcək həyatlarına kəskin təsir göstərə bilər. Ailədə gərginlik yaşayan bir insan başqa işləri də lazımi şəkildə həyata keçirə bilməz.
Ümumiyyətlə, ailəliyin insanın münasib yaşında həyata keçirməsi üçün lazımi şəraitlər yaradılmış ölkələrdə ailənin özülü də möhkəm qurulur və ailə daxilində olan əlaqələr möhkəm əsaslar üzərində yaradılır. Belə olduqda bir çox problemlər vaxtında və demək olar ki, özü-özünə həll olunur. Elə bu səbəbdən də, bütün qurumlar qeyd olunmuş məqsədə çatmaq üçün bütün güclərini səfərbər etməlidirlər.

Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 726 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]